Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

«Azadlıq» İlin Radiosu oldu


Bu il «Heç bir uşağı nəzərdən qaçırmayaq» Milli İctimai Mükafat üçüncü dəfə təqdim olunub

Bu il «Heç bir uşağı nəzərdən qaçırmayaq» Milli İctimai Mükafat üçüncü dəfə təqdim olunub

Müslim Maqomayev adına Dövlət Filarmoniyasında uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində «Heç bir uşağı nəzərdən qaçırmayaq» Milli İctimai Mükafatın təqdimat mərasimi keçirilib. Yeddi nominasiya üzrə təqdim olunan bu mükafatın laureatları sırasında «Azadlıq» radiosu da olub.


«Azadlıq» radiosu uşaq hüquqlarının təbliğinə və müdafiəsinə həsr etdiyi silsilə verilişlərə görə «İlin Radiosu» adına layiq görülüb.


Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının təsis etdiyi bu mükafat Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili və UNİCEF tərəfindən verilir.


Bu il «Heç bir uşağı nəzərdən qaçırmayaq» Milli İctimai Mükafat üçüncü dəfə təqdim olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG