Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:38

«Yanacağın qiyməti artır, demokratiya azalır»


«Freedom House»: «Hökumətin işinin araşdırılmasına imkan verməmək üçün mətbuat susdurulur»

«Freedom House»: «Hökumətin işinin araşdırılmasına imkan verməmək üçün mətbuat susdurulur»

Azərbaycan hökuməti neftdən mərkəzi hakimiyyəti möhkəmləndirmək, vətəndaş cəmiyyətini əzmək üçün istifadə edir. «Freedom House» insan haqları təşkilatının yeni hesabatı bu barədədir. Hesabatda 3 ölkə xüsusi tənqid olunur: Azərbaycan, Rusiya və Qazaxıstan. «Freedom House»dan Kristofer Uolter deyib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yanacağın qiyməti artmaqda, demokratiya azalmaqdadır. Ölkəni idarə eləyən təbəqə məhkəmələrə təzyiq edir, ədalətli qərarların çıxarılmasına imkan vermir. Hökumətin işinin araşdırılmasına imkan verməmək üçün mətbuat susdurulur.


«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov «Freedom House» təşkilatının hesabatına münasibət bildirirkən deyir ki, demokratiyaya o qədər də meylli olmayan insanların əlinə milyardlar veriləndə onlar daha tez avtoritar rejimə meyl edirlər. Onun sözlərinə görə enerji daşıyıcılarına dünyada ehtiyac artdıqca və onların qiyməti bahalaşdıqca liberal dəyərlərin daşıyıcıları olan qərb dünyasının həmin ölkələrlə münasibətdə həddindən artıq loyallaşırlar:


«Keçən il 10-a yaxın jurnalist həbsdə idi və sair və ilaxır. Buna baxmayaraq beynəlxalq təşkilatlar, ABŞ-da bu proseslərə kifayət qədər loyal yanaşırlar. Çünki onların asılılığı artır. Yəni ki, bu yalnız ölkədə pulların artması ilə bağlı deyil. Həmin ölkələrdəki hakimiyyətlərin cəzasızlığı hiss etməsi ilə bağlıdır. Hesab edirlər ki, onları uşaq kimi bir balaca tənbeh edəcəklər və bundan uzağa getməyəcəklər».


Rauf Mirqədirov bildirir ki, enerji demokratik dünyanı Azərbaycanda olan zorakılıqlara daha yumşaq yanaşmağa vadar edir.


Politoloq Rasim Musabəyov isə bildirir ki, demokratik inkişafı sırf enerji və neftlə bağlamaq da düzgün deyil. Adətən əlində enerji resursları cəmləşən dövlətlərin hakimiyyəti daha sərt olur. Lakin digər səbəblərdə var:


«Digər səbəblər ondan ibarətdir ki, təəssüf ki, cəmiyyətin ardıcıl demokratiya uğrunda, insan haqları təminatı uğrunda mübarizəyə cəlb etmək mümkün olmayıb».


Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni isə «Freedom Hous»un hesabatı ilə razılaşmır. Onun sözlərinə görə Azərbaycanın neftdən gələn pulları artdıqca ölkədə demokratik dəyərlər hörmət artır:


«Əksinə mən düşünürəm ki, son illər ərzində Azərbaycanda iqtisadi yüksəliş əldə edildikcə iqtisadi artım tempi get-gedə artdıqca Azərbaycanda demokratik dəyərlər bir az da yüksək səviyyədə təmsil olunur».


Rauf Zeyni deyir ki, «Freedon House»un beynəlxalq təşkilat kimi hər məsələyə öz mövqeyi var. Bu da onun özünə məxsus növbəti mövqeyidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG