Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31

«Daha məqbul seçki üçün Azərbaycandakı şərtlər kifayət deyil»


«Azərbaycanda həll olunmamış problemlər var»

«Azərbaycanda həll olunmamış problemlər var»

«Artıq səkkizinci dəfədir ki, Azərbaycanın məsələsi müzakirə olunur. Bu, o deməkdir ki, daha məqbul seçki keçirmək üçün Azərbaycandakı şərtlər kifayət deyil. Ölkədə həll olunmamış problemlər var».


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel belə deyib.


O, bildirib ki, Assambleyanın sessiyasında Azərbaycanda siyasi məhbus məsələsi, söz azadlığının vəziyyəti, eləcə də Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər müzakirə olunacaq:


«Seçki Məcəlləsinə dəyişikliklər onu göstərdi ki, Azərbaycan Venesiya Komissiyasının bütün tövsiyələrinə əməl etməyib».


Cənab Herkel deyib ki, Cənubi Qafqazın üç ölkəsi üçün bir məruzəçinin təyin olunması məsələsi müzakirə olunmalıdı:


«Çünki hər üç ölkədə vəziyyət xeyli fərqlidir».


Həmməruzəçinin sözlərinə görə, bu qərarı Assambleyanın Bürosu verməlidir:


«Amma hər şeydən əvvəl biz bilməliyik ki, siyasi məhbus hansı ölkədədir. Azərbaycanla bağlı hesabat layihəsi tənqididir. Ermənistanla bağlı da vəziyyət ciddidir, hətta bu ölkəylə əlaqədar təcili müzakirələr də gündəliyə salınıb».


İyunun 24-də AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı müzakirələr aparılacaq.


İyunun əvvəlində Azərbaycan parlamenti Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Ölkə müxalifəti və bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası sənədi mənfi qiymətləndirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG