Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

«Mən Azərbaycanın nümayəndə heyəti ilə danışmalıyam»


AŞ PA prezidenti Luis Maria de Puig

AŞ PA prezidenti Luis Maria de Puig

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puigin gələn həftə regiona səfəri gözlənilir. O, Azərbaycan, Ermənistan və Moldovada olacaq. Cənab Puig Assambleyanın yay sessiyasındakı müzakirələrdən sonra yerli hökumətlərlə görüşəcək. O, ümid edir ki, bu ölkələrin birinci şəxsləri ilə görüşlər problemlərin həllinə kömək edəcək.


İyunun 23-də Luis Maria de Puigin Azərbaycandan olan nümayəndə heyətinin sədri Səməd Seyidovla görüşü gözlənir. Cənab Puig «Azadlıq» radiosuna deyib ki, Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı rəyini ancaq Seyidovla görüşəndən sonra deyə bilər:


«Mən Azərbaycanın nümayəndə heyəti ilə danışmalıyam. Bu müzakirələrdən sonra nə isə deyə bilərəm. Ümumilikdə Azərbaycana münasibətim müsbətdir. Gələn həftə Azərbaycana səfərim gözlənilir. Debatlardan və tövsiyələrdən sonra sizə öz münasibətimi bildirə bilərəm».


Günün bütün mövzuları

XS
SM
MD
LG