Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

«Azərbaycan heç kimlə yarışmır»



«Azərbaycan heç kimlə yarışmır». Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim keçən həftə Amerika Konqresində keçirilən dinləmələrdə regionun hərbi balansı barədə səslənən bəyanatlara reaksiya olaraq bildirib.


ABŞ Dövlət katibi Daniel Frid bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin həllində hərbi ritorikadan imtina etməlidir, çünki bölgədə hərbi əməliyyatların bərpası fəlakətli nəticələr verəcək.


Xəzər İbrahim isə deyib ki, müdafiə xərclərinin müntəzəm artırılması Azərbaycanın məqsədi deyil, bu, yalnız ölkənin ümumi inkişafını əks etdirir.


Bununla belə, XİN rəsmisi qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsinin tezliklə nizamlanması üçün özünün hərtərəfli inkişaf dividentindən sonadək istifadə edəcək.


XS
SM
MD
LG