Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:42

«ABŞ səfirliyi üçün hər hansı təhlükə görmürük»


ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Conatan Henik

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Conatan Henik

«Biz Azərbaycanda ABŞ səfirliyi üçün hər hansı təhlükə görmürük. Ancaq ola bilər ki, səfirliyin təhlükəsizliyi hələ maksimum həddə deyil».


Bunu «Azadlıq» radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Conatan Henik deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatların dünya ölkələrindəki səfirlik binalarının təhlükəsizliyi məsələsi 2001-ci il 11 sentyabr terror olaylarından sonra gündəmə gəlib. O, ABŞ-ın bütün səfirlik binalarının təhlükəsizliyinin ciddi nəzarətdə saxlandığını bildirib.


Cənab Henik ABŞ-ın Azərbaycanda səfirlik üçün yeni bina tikintisinin də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, indiki səfirlik binası kiçik olduğundan tələblərə cavab vermir. Hələlik binanın harada inşa ediləcəyi bəlli deyil. Bir neçə yer təklif olunsa da, seçim edilməyib.


Son günlər bir sıra beynəlxalq mətbuat orqanlarında ABŞ-ın dünya ölkələrindəki səfirliklərinin təhlükəsizliyini gücləndirməsi barədə məlumatlar yayılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG