Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:26

«Vasitəçilik üçün əsas şərt niyyət yox, əməldir»


«Rusiya Ermənistanı konstruktiv dialoqa yönəltməlidir»
«Rusiya Ermənistanı konstruktiv dialoqa yönəltməlidir»


«Əgər İran Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək istəyirsə, Ermənistana düzgün mesajlar versin».


Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 23-də ənənəvi mətbuat konfransında bildirib.


Ötən həftə Tehranda keçirilən beynəlxalq konfransda İran Qarabağla bağlı təkliflə çıxış edib. Ölkənin Ermənistandakı səfiri Səid Əli Sağayan deyib ki, İran bu məsələdə bitərəfdir və Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyir.


Xəzər İbrahim isə deyib ki, vasitəçilik üçün əsas şərt niyyət yox, əməldir:


«Münaqişənin həllində əsas forma deyil, məğzdir. Təbii ki, hər dövlətin hansısa təşəbbüslə çıxış etmək hüququ var. Lakin digər tərəfdən bütün dövlətlər, beynəlxalq ictimaiyyətin üzvləri münaqişənin həllinə töhfələrini vermək üçün səylər göstərməlidir. İran öz resurslarından istifadə edib, Ermənistana düzgün mesajlar versə, bu münaqişənin həlli üçün ən müsbət töhfə olardı».


XİN rəsmisi Rusiyadan da danışıb. Deyib ki, Ermənistanla möhkəm hərbi əməkdaşlıq quran Moskva digər öhdəliklərini də nəzərə almalıdır:


«Rusiyanın Minsk Qrupunda həmsədrliyi daha vacib öhdəlikdir. Onlar Ermənistanı konstruktiv dialoqa yönəltməlidirlər».


Ermənistan prezidenti Serj Sərkisyan iyunun 23-dən Rusiyada səfərdədir.


Vaxtı ilə İran da Qarabağ münaqişəsində vasitəçilik edib. Lakin Tehranın səyləri heç bir nəticə verməyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG