Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

Emin Hüseynlinin görmə qabiliyyəti zəifləyib


Emin Hüseynli 2003-cü ilin oktyabrında döyülərək ikinci qrup əlil olub

Emin Hüseynli 2003-cü ilin oktyabrında döyülərək ikinci qrup əlil olub

Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli oftalmoloq müayinəsindən keçib. Həkimlər ona kontuziyadan sonrakı görmə pozğunluğu diaqnozu qoyublar.


Emin Hüseynov bildirir ki, son günlər təzyiqi normallaşsa da, görmə qabiliyyətində problemlər yaranıb. Bundan başqa o, orqanizmində fəqərələrarası deformasiya getdiyi üçün bel və boyun nahiyələrinə korset qoyulmasına ehtiyac olduğunu bildirib. Ancaq hələlik yataq rejimində müalicə aldığı üçün bu mümkün deyil.


Emin Hüseynli iyunun 14-də «Alaturka» kafesindən Çe Gevaranın 80 illiyini qeyd edən bir qrup gənclə bərabər Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinə aparılıb. Emin iddia edir ki, onu bölmədə döyüblər, polissə bunu təkzib edir. Emin Hüseynli 2003-cü ilin oktyabr hadisələri zamanı da polis tərəfindən döyülüb və ciddi bədən xəsarəti alaraq ikinci qrup əlil olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG