Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

Türkiyə millisi yarımfinalda


İyunun 25-də Türkiyə millisi yarımfinalda Almaniya yığması ilə qarşılaşacaq

İyunun 25-də Türkiyə millisi yarımfinalda Almaniya yığması ilə qarşılaşacaq

Türkiyə futbol millisi Avropa Çempionatının yarımfinalına yüksəldi. İyunun 20-i gecə Xorvatiya yığması ilə qarşılaşan Türkiyə komandası oyunsonrası penaltilər sayəsində yarımfinala çıxdı. Qarşılaşmanın əsas hissəsi heç-heçə (1-1) baş çatdı. Əlavə olunmuş vaxtın 119-cu dəqiqəsində İvan Klasniç xorvatları irəli çıxardı. 120+2-ci dəqiqədə isə Semih Şəntürk türklərin bərabərlik qolunu vurdu.


Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (3-1) Türkiyə yığması yarımfinala çıxdı.


İyunun 25-də Türkiyə millisi yarımfinalda Almaniya yığması ilə qarşılaşacaq.


İyunun 21-i gecə isə 1/4 mərhələnin daha bir qarşılaşması baş tutacaq. Hollandiya Rusiya yığmasını sınağa çəkəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG