Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58

«Dondurmalarda bağırsaq çöpləri aşkarlanıb»


Son 20 gündə ciddi nöqsanlara görə 8 müəssisəyə qarşı tədbirlər görülüb
Son 20 gündə ciddi nöqsanlara görə 8 müəssisəyə qarşı tədbirlər görülüb

«Satışdan götürülən dondurmalarda bağırsaq çöpləri aşkarlanıb. 3 müəssisə barədə prokurorluğa müraciət edilib, cinayət işi üçün. Bu iş davam etdiriləcək».


Bunu Standartlaşdırma, meteorologiya və patent agentliyinin rəhbəri Ramiz Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.


O, bildirib ki, son 20 gündə aparılan dövlət nəzarəti nəticəsində işlərindəki ciddi nöqsanlara görə 8 müəssisəyə qarşı müvafiq tədbirlər görülüb.


Ramiz Həsənov deyir ki, fiziki şəxslər xüsusilə dondurma, çörək sexlərini öz həyətlərində yaradırlar. Bu da həm keyfiyyətsiz məhsulların ortaya çıxmasına səbəb olur, həm də agentliyin nəzarət işini normal həyata keçməsinə mane olur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG