Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:45

«Hakimiyyət Aqil Xəlili girov kimi saxlamağa dərhal son qoymalıdır»


«Hakimiyyətin Aqil Xəlillə davranışı qəbuledilməzdir və sovet dövrünü xatırladır»
«Hakimiyyətin Aqil Xəlillə davranışı qəbuledilməzdir və sovet dövrünü xatırladır»

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə Bakı aeroportundan uçmağı qadağan etməsiylə bağlı bəyanat yayıb.


Bəyanatda deyilir ki, son 40 gündə Aqil Xəlilin artıq üçüncü dəfədir ki, ölkədən çıxmasına qadağa qoyulur. sərhəddə hakimiyyət tərəfindən saxlandığı üçüncü haldır. «Azərbaycan hakimiyyətinin Aqil Xəlillə davranışı qəbuledilməzdir və sovet dövrünü xatırladır. Hakimiyyətin onun yerdəyişmə azadlığını məhdudlaşdırmaq üçün heç bir əsası yoxdur», - deyə komitənin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Oqnianova bildirib.
Bəyanatda o da deyilir ki, «Azərbaycan hakimiyyəti Aqil Xəlili girov kimi saxlamağa dərhal son qoymalıdır, ona ölkəni tərk etməyə icazə verməlidir».


İyunun 20-də Nəsimi Rayon Məhkəməsində «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda ittiham olunan Sergey Strekalinin işi üzrə məhkəmə başlayıb. Strekalinə qarşı qəsdən sağlamlığa az-ağır zərər yetirmə, narkotik əldə etmə, saxlama maddələri ilə ittiham irəli sürülüb.
Aqil Xəlilin vəkili Elçin Sadıqov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə məhkəmə iyunun 24-ə təyin olunub.
Bu il martın 13-də iki nəfər naməlum şəxs küçədə Aqil Xəlilə basqın edib, ona ürək nahiyəsindən bıçaq zərbəsi vurmuşdu. Jurnalist bu basqının fevralın 22-də Zeytun bağında ona qarşı edilmiş əvvəlki basqınla əlaqələndirir.


Baş Prokurorluq bildirir Aqil Xəlili homeseksuallar bıçaqlayıb, jurnalist bu iddianı böhtan adlandırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG