Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:16

«Yeni hakimlərin fantastik həyat yolu…»


«Bizmi Yol» bir qrup hakimin tərcümeyi-halı ilə bağlı sensaion informasiya əldə edib

«Bizmi Yol» bir qrup hakimin tərcümeyi-halı ilə bağlı sensaion informasiya əldə edib

Ötən həftə Milli Məclis bir qrup şəxsin hakim vəzifəsinə namizədliyini təsdiq etdi. Həmin insanların keçdikləri ömür yolu haqda «Bizim Yol» sensaion informasiya əldə edib. Son dərəcə maraqlı və müəmmalı, iztirablı mərhələlərdən keçib ədalət kürsüsünün ən uca məqamlarına sahib olanların bəziləri haqda xəbərləri sizə çatdırırıq.


Qəzet müəyyənləşdirib ki, parlamentin təsdiqlədiyi hakimlərin əksəriyyəti əvvəllər fəhlə, çilingər, paltarsaxlayan, kolxozçu qarovulçu işləyib.


«Gəncə Apellyasiya Məhkəməsinə hakim təyin edilən Şəfiqə Musa qızı Əliyeva. Şəfiqə xanım 36 il əvvəl Gəncədə kimə desəydi ki, illər keçəcək mən bu şəhərin hakimi olacağam, yəqin ki, heç kim inanmazdı. Ona görə ki, o vaxtlar (09.1972---08.1974) Şəfiqə xanım Gəncə şəhəri 30 saylı uşaq bağçasında paltar saxlayan («qarderobşik») işləyirdi. İndi paltarlarını Şəfiqə xanıma etibar edən cocuqların taleləri onun ixtiyarındadır. Ş.Əliyevanın dirçəliş dövrü də Əliyevlərin zamanında baş verib. O, məhkəmə sisteminə 2000-ci ildə 2 saylı yerli iqtisad məhkəməsinə hakim təyin edilməklə qədəm qoyub».


Azərbaycan qanunvericiliyində siyasi reklamla bağlı problemlər mövcuddur. Bu barədə jurnalistlərə Milli Tele-Radioyayım Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. «Yeni Müsavat» yazır ki, Onun sözlərinə görə, «siyasi reklam» anlayışı yalnız Seçki Məcəlləsində var. Eyni zamanda, reklam və teleradioyayım haqqında qanunlarda «siyasi reklam» anlayışı işlənmir. Məhərrəmli qanunvericilikdə bu problemlərin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirərək, Seçki Məcəlləsinə son düzəlişlərə görə, telekanallarda seçkiqabağı təşviqatın reklam haqqında qanuna uyğun aparılmalı olduğunu deyib.


Aqil Xəlilin «Azadlıq» qəzetində «Zeytunluq» - 2» məqaləsi çap olunub. Jurnalist yazır «yenə «Zeytunluq»dayam... Ola bilsin ki, yenidən bu «MƏSKƏN»də görünməyim sizə qəribə gəlsin. Amma neyləmək olar, qanunsuzluğa qala bilmirəm. Məhz bu səbəbdən yerlə yeksan edilən həmin ərazidən reportaj hazırlamaq məqsədi ilə «silah-sursat»ımı götürüb «Zeytunluğ»a yollanıram. Yol boyu düşünürdüm ki, bu boyda həngamədən - döyülmə və bıçaqlanmadan, bütün beynəlxalq təşkilatların nəzərlərinin hadisə yerinə - «Zeytunluğ»a dikilməsindən sonra yəqin zeytun ağaclarının kəsilməsinə, yaşıllığın viran edilməsinə son qoyulub. Amma gördüklərimdən dəhşətə gəldim. Ağacların yerində tikinti aparılır…»


«Müxalifət seçkiyə hansı resurslarla gedir?»,- bu suala «Yeni Azərbaycan» cavab axtarır. Qəzet yazır: «Seçkiöncəsi müxalifət partiyalarının durumuna nəzər saldıqda onların bu marafona fərqli maraqlarla qatıldığının şahidi oluruq. Təşkilatların real vəziyyətlərini təhlil etdikdə bu fərqliliyin açıq şahidi oluruq».


Günün bütün mövzuları

XS
SM
MD
LG