Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

«Qərb Azərbaycandan çətin bir şey tələb etmir»


«Prezident o zaman Avropada qəbul olunacaq ki, o Avropa standartlarına uyğun seçilsin»

«Prezident o zaman Avropada qəbul olunacaq ki, o Avropa standartlarına uyğun seçilsin»

«15 oktyabrda seçiləcək prezident o zaman Avropada qəbul olunacaq və seviləcək ki, o Avropa standartlarına uyğun formada seçilsin».


Bunu «Azadlıq» radiosuna müsahibəsində Fransa parlamentinin Azərbaycanla dostluq qrupunun sədri, deputat Jan Lui Dümon bildirib.


O, deyib ki, gələn aydan Avropa Birliyinə sədrliyə başlayacaq Fransa indi bir çox suallarla üzləşib. Belə ki, neft və qaz məhsullarının ciddi idxalçısı kimi, Avropa kiminlə əməkdaşlıq edəcəyini bilməlidir:


«Mənim ölkəmdə bir çox məmurlar narahatdırlar ki, biz demokratiya və insan hüquqlarının əsasən diqqət mərkəzində saxlanılmadığı ölkələrlə hansı siyasi münasibətlər saxlamalı və necə rəftar etməliyik? İqtisadi inkişaf demokratiyanın inkişafına əsaslanır. Avropa öz qarşısında bəzi standartlar təyin edib. Bu standartlar demokratiya və insan hüquqlarına aiddir və onlara riayət olunmalıdır».


Dümon deyib ki, Qərb Azərbaycandan çətin şey tələb etmir, belə ki, bu ölkə az zamanda Avropanın keçdiyi uzun yolu keçə bilməz.


Amma onun fikrincə, Azərbaycan öz seçimini müəyyənləşdirməlidir. Konkret olaraq qarşıdakı seçkidə qalib gələcək şəxs ölkəni sakit və ictimai barışıq ruhunda idarə etməlidir. O zaman ona Qərbdə hörmət artacaq:


«Əlbəttə ilk növbədə seçkilər ədalətli keçməlidir. Kütləvi İnformasiya Vasitələri öz işlərini azad yerinə yetirməlidirlər. Bu seçkilər haqqında ədalətli və şəffaf məlumatlar yayılmalıdır. Prezident seçkisi çox mühüm və vacib bir kampaniya olduğuna görə bu çox böyük təşkilatçılıq tələb edir. Bu təşkilatçılığın səviyyəsi də hər zaman inkişaf etməlidir».


Duman deyib ki, seçki kompaniyası əvvəlkilərə nisbətən daha azad olmalıdır. Namizədlərə bərabər şərait yaradılmalı, onların bölgələrdə seçicilərlə görüşünə və platformalarını azad şəkildə ifadə etmələrinə imkan verilməlidir.


Digər mühüm məsələ seçkilərin müşahidəçiliyidir. Duman deyib ki, Avropa Azərbaycanın demokratik seçki keçirə biləcəyinə şübhə etmir. «Sadəcə olaraq müşahidəçilərin olması çox yaxşıdır ki, hamı nə baş verdiyini bilsin».


Deputat jurnalistlərin məsələsinə də toxunub. Deyib ki, onlara sərbəst fəaliyyət şəraiti yaradılmalıdır.


«Biz Azərbaycan mediasını unutmamışıq. Həbs edilən jurnalistləri də unutmamışıq. Jurnalistlər öz işlərini rahatlıqla görmək imkanına malik olmalı, gərəkirsə hətta tənqid etməlidirlər. Onların habelə ölkədə azad hərəkət edə bilməsi, eləcə də ölkə xaricinə rahat çıxa bilməsi və geri qayıda bilməsi çox əhəmiyyətli məsələlərdir».


Düman deyib ki, Qarabağ məsələsi də Azərbaycan üçün ağır yükdür. Və qarşıdakı seçkilər zamanı bu mövzu çox aktual olacaq.


«Mən Bakıya gəlməzdən əvvəl Minsk Qrupunun həmsədri cənab Fasye ilə görüşdüm. Səfərimizdən sonra da onunla görüşəcəyəm və ona Azərbaycan prezidenti İlham Əliyevlə olan söhbətimiz barədə məlumat verəcəyəm. Mənə elə gəlir ki, artıq kifayət qədər ağrı və əziyyət var. Artıq məsələni bitirmək lazımdır. İnanın və Fransaya etibar edin ki, Fransa öz etibarını qoruyub saxlayacaq. Biz yalnız bir tərəfə qulaq asmırıq”.


Fransa-Azərbaycan dostluq qrupu 2002-ci ildə yaradılıb. Qrupa 25 deputat daxildir.


Buna da bax:

XS
SM
MD
LG