Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi


Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi

Jurnalistlərin 5-ci qurultayında nizamnaməyə edilən dəyişikliklərdən sonra Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Eyni zamanda 9 nəfər media təmsilçisi və 6 nəfər ictimaiyyət fəalı şuranın İdarə Heyətinin üzvləri seçiliblər.


İdarə Heyətinin bundan əvvəlki üzvləri Zeynal Məmmədli, Arif Əliyev, Qulu Məhərrəmli, Yadigar Məmmədli yenidən seçilməyiblər.


***


Qurultayda Mətbuat Şurasının nizamnaməsində dəyişikliklər edildi. Şura sədrinin 2 il müddətinə seçilməsi müddəası 4 illə əvəz edildi. Eyni zamanda sədrin iki dəfədən çox seçilə bilməməsi maddəsi də dəyişdirildi. 218 qurultay nümayəndəsindən 9 nəfəri bu təkliflərin əleyhinə səs veriblər, 3 nəfər bitərəf qalıb.



Nizamnamə dəyişikliyi prosedur pozuntusu nəticəsində baş tutub. Zeynal Məmmədli nizamnaməyə dəyişikliyin hüquqi cəhətdən yalnız gizli səsvermə ilə mümkün olduğunu desə də, səsvermə açıq keçirilib.


***


Jurnalistlərin 5-ci qurultayda Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxışı edib. O, ötən dövr ərzində şuranın gördüyü işlərdən danışıb.



Sonda prezident İlham Əliyevə məhbəsdə olan 3 jurnalist - «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin, onun qardaşı satirik şair Mirzə Sakitin və «Gündəlik Azərbaycan» qəzetinin təsisçisi Eynulla Fətullayevin azad olmasını xahiş edib.


Şuranın sədri deyib ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi ilə bağlı cinayət işinin açılmasına böyük ehtiyac var. Çünki bu Azərbaycan jurnalistləri üzərində xofun hələdə də qalmasına səbəb olur.


Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da çıxış edib. O, Azərbaycan jurnalistikasının əsas problemi kimi peşəkarlıq səviyyəsinin aşağı olmasını göstərib. Şöbə müdiri dövlətin mediaya hər sahədə dəstək göstərməyə hazır olduğunu deyib.


Qurultay işini davam etdirir.


***


İyunun 20-də Azərbaycan jurnalistlərinin növbəti beşinci qurultayı keçirilir.



Gözlənilir ki, qurultayda Mətbuat Şurası sədrinin və qurumun İdarə Heyətinin dəyişib-dəyişməyəcəyi barədə qərar verilsin. Nizamnaməyə də dəyişiklik olacaq.


Hazırkı sədr Əflatun Amaşov mətbuata açıqlamasında deyib ki, sədrin səlahiyyət müddəti mütləq uzanmalıdır. O, təklif edir Ki, bu müddət təqribən 4 ilə qədər uzadılsın.


Mətbuat Şurasının nizamnaməsinə görə isə, bir şəxs quruma ardıcıl yalnız iki dəfə sədr seçilə bilər.


Mətbuat Şurası 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin birinci qurultayında yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG