Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Qaz balonunun acı zarafatları…


Qaz balonunun acı zarafatıyla «Samand» markalı avtomobilin sahibi iyunun 18-də üzləşib

Qaz balonunun acı zarafatıyla «Samand» markalı avtomobilin sahibi iyunun 18-də üzləşib

Bir neçə il əvvəl paytaxtın Hövsan yolunda «RAF» markalı mikroavtobusda qaz balonu partlaması nəticəsində 7 nəfər həlak olmuşdu. Daha bir hadisə isə ötən il Bakının mərkəzi ərazilərinin birində baş vermişdi. Amma bu dəfə qaz balonu minik avtomobili, «Azsamand» markalı avtomaşında partlamışdı. Nəticədə maşın alışıb yanmışdı.


Qaz balonunun acı zarafatıyla «Samand» markalı avtomobilin sahibi iyunun 18-də üzləşib. Maşının arxa hissəsinə quraşdırılan qaz balonu texniki nasazlıq üzündən partlayıb və maşının arxa tərəfini parça-parça edib. Sürücü huşunu itirsə də, ilkin tibbi yardımdan sonra özünə gəlib. Qaz balonunun partlaması zərbəsindən isə yaxınlıqdakı binanın pəncərələri sınıb.


Bir neçə il əvvəl Bakı şəhər icra hakimiyyəti sərnişindaşımada istifadə olunan avtomobillərdə qaz balonunun quraşdırılmasını qadağan etsə də, yanacaq kimi maye qaza üstünlük verən mikroavtobus və ya taksi sürücüləri az deyil. Bəzi sürücülər günahı qaz balonundan istifadə edən həmkarlarında görmürlər:


«Qazla işləmək ucuzdu. Mən də işlətmişəm. 100 km-ə 3-4 manat qənaət edirsən qaz işlədəndə».


«Sürücülər neyləsin? O qədər plan qoyurlar ki? O deyir pul ver, bu deyir ver…»


Sərnişinlərsə qazla işləyən maşına minməkdən ehtiyat etsələr də, bundan imtina etmək imkanları olmur.


Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, standartlara cavab verməyən qaz balonları istifadə edən avtobusların xəttə buraxılması qadağandı. Qaz balonundan istifadə edən taksi sürücülərinə isə lisenziya verilmir. Əgər lisenziya verilmirsə və ya belə avtobuslar xəttə buraxılmırsa, onda onlar necə fəaliyyət göstərə bilirlər? Sualımızın cavabında Namiq Həsənov dedi ki, əgər sərnişin avtobusda və ya mikroavtobusda nəzərdə tutulmadığı halda qaz balonu quraşdırıldığını görərsə, departamentə xəbər versin.


Namiq Həsənov hesab edir ki, standartlara uyğun olmayan qaz balonlarından istifadə edən sürücülərlə yol polisi də mübarizə aparmalıdır. Bakı Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov isə yol polisinin belə sürücülərə loyal davranmasıyla bağlı deyilən fikirlərlə razılaşmır. Onun sözlərinə görə, standartlara uyğun olmayan qaz balonu aşkar edildikdə həmin sürücü cərimə olunur və qaz balonu maşından açılır.


Yeri gəlmişkən, zavod istehsalında qaz balonu nəzərdə tutulmadığı halda bu yanacaq növünə üstünlük verən sürücülər sığortadan da kənarda qalırlar. Söhbət elədiyimiz sığorta menecerləri deyirlər ki, sürücünün özünün quraşdırdığı qaz balonu təhlükəlidir, kiçik bir hadisədə belə partlaya bilər. Ona görə də onlar belə maşınları sığortalamaqdan imtina edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG