Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:28

Astara gömrükxanasında qadağanlar aradan götürülüb


İyun 15-dən Astara gömrükxanasında bir müddət əvvəl tətbiq edilən qadağanlar aradan qaldırılıb.


Qadağalara görə, İrandan qayıdan Azərbaycan vətəndaşları özləri ilə toyuq əti, banan, xalça, yuyucu tozlar və sair məhsullar gətirə bilməzdilər.


Astara şəhər sakini Baldadaş Nəzərov «Azadlıq» radiosuna deyib ki, bir gün əvvəl İrandan 40 kiloqram məhsul gətirib. Bunu ona qohumları verib. «Astara gömrükxanasında məhsulu çəkdilər və heç bir irad bildirmədilər».


B.Nəzərovun dediyinə görə 50 kiloqramdan yuxarı yük gətirənlər rüsum ödəyirlər.


XS
SM
MD
LG