Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

«Jurnalistlərlə bağlı problem hələ də qalır»


E.Süleymanova Seçki Məcəlləsinə edilən dəyişikliklərə münasibətini açıqlamayıb

E.Süleymanova Seçki Məcəlləsinə edilən dəyişikliklərə münasibətini açıqlamayıb

«Azərbaycanda jurnalistlərlə bağlı problem hələ də qalır». Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova ombudsmanların 6-cı Bakı Beynəlxalq konfransında belə deyib. Ombudsmanın sözlərinə görə, üç jurnalistin həsbdə olması onları narahat edir:


«Üç jurnalistimiz həbsdədi, ümid edirik ki, bu sahədə hansısa addımlar həyata keçiriləcək».


Elmira Süleymanova deyib ki, ölkədə insan hüquqlarıyla bağlı bir çox sahələrdə problemlər mövcuddu. Ona görə də onlar tədbirə yerli nazirliklərin təmsilçilərini dəvət ediblər ki, mövcud problemlərlə tanış olsunlar.


Süleymanova Seçki Məcəlləsinə edilən dəyişikliklərə münasibətini açıqlamayıb. Amma bildirib ki, bir ombudsman institutu kimi seçki zamanı hər bir namizədə eyni imkanlar yaradılmasını və hər kəsin seçmək və seçilmək hüququnun tanınmasını istəyirlər.


Ombudsmanların 6-cı Bakı Beynəlxalq konfransı iyunun 19-da başa çatacaq.


Hazırda üç jurnalist –Qənimət və Sakit Zahidovlar və Eynulla Fətullayev həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG