Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:52

Şüvəlan, Şıx və Sahil çimərliklərindən istifadə qadağan edilib


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bakının çimərliklərində apardığı monitorinq başa çatıb. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımovun ANS-ə verdiyi məlumata görə, ötən il olduğu kimi bu il də Əzizbəyov rayonunda yerləşən Şüvəlan, Səbayel rayonunda Şıx, Qaradağ rayonunda Sahil çimərliklərində əhalinin istifadəsi qadağan edilib. Onun sözlərinə görə, adıçəkilən çimərliklərdə təmizləyici qurğular yaxşı işləmir, sanitar gigiyenik normalar pozulub. Həmin ərazilərdə suyun laboratoriyası nəticəsində xeyli sayda bağırsaq çöpləri aşkarlanıb. Monitorinqin nəticələri artıq rayon icra hakimiyyətlərinə təqdim edilib.


XS
SM
MD
LG