Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:53

«Planlaşdırılmış təxribat»


«Məncə bu işin arxasında planlaşdırılmış təxribat var»

«Məncə bu işin arxasında planlaşdırılmış təxribat var»

«Məncə bu işin arxasında planlaşdırılmış təxribat var. Təəssüflər olsun ki, bu planlaşdırılmış təxribatların mərkəzində hər dəfə Emin Hüseynov olur». Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyir. O, Emin Hüseynlinin polis bölməsində döyülməsinə münasibət bildirib.


Ə.Həsənov Alaturka kafesində Çe Gevaranın 80 illiyini qeyd edənlərin missionerlər olduğunu bildirib. Şöbə müdiri yaxın günlərə kimi dünyada belə bir hərəkat olduğundan xəbərsiz olub:


«İndiki dövrdə hansısa missionerlərin öz toplantılarını hansısa kafelərdə keçirmələri də yaxşı hal deyil. Mən Çe Gevaranıın adını birinci dəfə bu olayda eşitmişəm. Mən tarixçiyəm. Ancaq indi dünyada Çe Gevaranın adı ilə bağlı hərəkat olduğunu son zamanlar mətbuatdan oxumuşam».


Prezident Aparatının rəsmisi baş vermiş faktın dəqiqliklə araşdırılacağını bildirib.


İyunun 14-də Bir qrup gənc Alaturka kafesində Çe Gevaranın 80 illiyilə bağlı mərasim düzənləyib. Şahidlərin dediyinə görə, 30 qədər mülki geyimli polis kafeyə gələrək iştirakçıları Nəsimi rayon polis idarəsinin 22-ci bölməsinə aparıblar. Bölmədə toplantı iştirakçıları arasında olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov döyülüb. Həkimlər Emin Hüseynliyə beyin silkələnməsi diaqnozu qoyublar. Polis isə Emin Hüseynovun döyülməsini təkzib edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG