Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:34

«Jurnalistləri əldə oyuncağa çevirə bilməyəcəklər»


«Bu mübarizədə nəinki tək görünmürəm. Əksinə, mənim mövqeyimin tərəfdarları daha çoxdur»

«Bu mübarizədə nəinki tək görünmürəm. Əksinə, mənim mövqeyimin tərəfdarları daha çoxdur»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev «Yeni Müsavat»a müsahibəsində belə deyib. O, ölkə jurnalistlərin V qurultayına «sürprizlər hazırlayacağını» bildirir.


A.Əliyev deyir ki, qurultaya «hazırlıq yorğan altında dava aparmaqla gedir. Kimlərinsə arasında danışıqlar gedir. Halbuki açıq müzakirə etməyə ehtiyac var. Mətbuat Şurasının və sədrinin başının özünə qarışdığı aylar ərzində həddən artıq ağır hadisələr baş verməkdədir. Şəraitin dəyişməsi istiqamətindəsə heç bir addım atılmayıb».


«Yeni Nəsil»in rəhbəri qurultayda xüsusi çıxış edəcəyini vurğulayır:


«Bəzi adamlar indiyə qədər olan münasibəti, hörməti, onlar üçün edilmiş işləri, yaxşılıqları yerə vurub, onun üstündən keçirlərsə, düşünmürəm, qurultayda dayanacaqlar. Qurultayda daha da irəli gedəcək və buna kifayət qədər cəhd edəcəklər».


«…Mən uduzmaqdan yox, şərəfsizlikdən qorxuram. Bir şeyi ki, boynuma götürməyi ən azı jurnalistika, demokratiya prinsiplərinə uyğun hesab etmirəm, onu heç kim mənim boynuma qoya bilməz. Amma bu mübarizədə nəinki tək görünmürəm. Əksinə, mənim mövqeyimin tərəfdarları daha çoxdur, nəinki nizamnaməni dəyişdirib, sədrin səlahiyyət müddətini artırmaq istəyənlər».


Azərbaycan jurnalistlərinin qurultayı iki gündən sonra baş tutacaq.


Azərbaycanda səfərdə olan Fransa parlamentinin nümayəndə heyəti müxalifət liderləri ilə görüşüb. Görüş barədə «Azadlıq» qəzetinə AXCP sədri Əli Kərimlidən məlumat verib: «3 jurnalist - Qənimət Zahid, Mirzə Sakit və Eynulla Fətullayev başda olmaqla bütün siyasi məhbusların taleyi, ölkədə seçkiqabağı vəziyyət, mətbuatın durumu, xüsusilə Seçki Məcəlləsinə edilmiş son dəyişikliklər, indiyə qədər də məhdud olan imkanların daha da məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığı ilə bağlı mövcud olan problemlər barədə fikir mübadiləsi aparıldı».


«Təqaüd alan 180 yaradıcının adları niyə açıqlanmır?»,- bu barədə «Ekspress» yazıb. Məqalə «Məxfi təqaüd siyahısı» adlanır.


Bəlli olduğu kimi, dövlət başçısı 2007-ci il martın 12-də Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə sərəncamlar imzalayıb. Ümumilikdə 180 nəfərə təqaüd verilməsi qərara alınıb.


Yarıdıcı birliklərin xüsusi təqaüdə layiq görülmək üçün tərtib etdiyi siyahılar bir ildən çox müddətdə Mədəniyyət və Turizm Nazirliyi (ilk instansiya), Nazirlər Kabineti (ikinci instansiya) və Prezidentin İcra Aparatı (həlledici instansiya) arasında incələnib, dəfələrlə yenidən baxılması üçün geri qaytarılıb.


«Yerli neft şirkətlərinin sərəncamında olan vəsaitləri neft sektorunun inkişafına yönəldilməsi və yerli imkanlar hesabına ölkənin neft yataqlarının istismar edilməsi hərtərəfli stimullaşdırılacaq». «Yeni Azərbaycan» belə yazır. Qəzet iddia edir Ki, belə olan təqdirdə eyni zamanda qeyri-neft sektoru da dünya bazarına rəqabətqabiliyyətli məhsullar istehsal edə bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG