Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:21

«Özünü «xozeyn» kimi aparan məmurlar cəzalandırılmalıdır»


İyunun 18-i Azərbaycanda İnsan Hüquqları günüdür
İyunun 18-i Azərbaycanda İnsan Hüquqları günüdür

İyunun 18-i Azərbaycanda İnsan Hüquqları günüdür. Ötən il prezident İlham Əliyev hər il iyunun 18-nin insan hüquqları günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. 2006-cı ilin dekabrında isə prezident insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiqləyib. Bununla da insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə Milli Məclis, məhkəmələr, Baş prokurorluq və Nazirlər Kabinetinə müəyyən tapşırıqlar və tövsiyələr verilib. Amma rəyini soruşduğum Bakı sakinləri deyirlər ki, ən çox hüquqlarını pozan elə dövlət orqanlarında çalışan məmurlardır.


Əksər beynəlxalq hesabatlarda da Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin acınacaqlı olduğu göstərilir. Məsələn, Amerika Dövlət Departamenti son hesabatında yazırdı ki, hökumətin insan haqlarıyla bağlı göstəriciləri zəifdir. Hökumət adamları siyasi motivlə həbs edir. Ədliyyə sistemində korrupsiya, sərbəst toplaşmaq azadlığına məhdudiyyət qalmaqdadır.


Departament bildirirdi ki, keçən il Azərbaycanda mətbuatın vəziyyəti bir az da pisləşib. Dini azlıqlara, qadınlara qarşı zorakılıq davam edir. Azərbaycandan olan hüquq müdafiəçisi Səidə Qocamanlı da deyir ki, vəziyyət gündən günə pisləşməyə doğru gedir. Vətəndaşların daha çox söz azadlığı, sosial hüquqları, sərbəst toplaşma, sahibkarlıq hüquqları pozulur. Səidə Qocamanlı deyir ki, insan hüquqlarının müdafiəsi ilə bağlı milli fəaliyyət planının qəbulu müsbət haldır, amma təəssüf ki, yalnız kağız üzərində qalıb:


«Bu cür halların aradan qaldırılması üçün balaca masa arxasında özünü «xozeyn» kimi aparan, insanların hüquqlarını pozan, onlarla kobud rəftar edən məmurlar cəzalandırılmalıdır».


Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə deyilənlərlə razılaşmır. Onun fikrincə, bu gün ölkədə insan hüquqları lazımınca təmin olunur. Ölkədə hüququ pozulan insanlar yalnız öz torpaqlarından güclə çıxarılmış məcburi köçkün və qaçqınlardır. Rəbiyyət Aslanova deyir ki, digər şikayətlər isə daha çox vətəndaşların öz aralarında baş verənlərdən doğur ki, bunu da insan hüquqlarının pozulması kimi qələmə vermək olmaz:


«Dövlət öz iradəsini ortaya qoyub, qanunvericilikdə hər şey var. Ancaq ölkədə bəzən vətəndaş-vətəndaş arasında müəyyən problemlər yaranır ki, bu da ölkədə insan hüquqlarının pozulması deyil».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG