Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

Ehsan Zahidov: «Polis Emin Hüseynova təzyiq etməyib»


«Polisdə tapançanın tutacağı ilə onun kürəyinə və boynuna bir neçə dəfə zərbə vurublar»
«Polisdə tapançanın tutacağı ilə onun kürəyinə və boynuna bir neçə dəfə zərbə vurublar»

«Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı mətbuata verdiyi açıqlamalar həqiqətdən uzaqdır. Hətta onun müxtəlif KİV-lərdə dərc olunan fikirləri bir-biri ilə ziddiyyət təşkil edir». Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Turan»a belə deyib.


Onun sözlərinə görə, Emin Hüseynovla bağlı məsələ araşdırılıb. Ehsan Zahidov: «İyunun 14-də bir qrup insan kafedə razılaşdırılmamış tədbir keçirib. Polis icazəsiz tədbirin dayandırılmasını tələb edib. 20 nəfər şəxsiyyətinin müəyyən edilməsi və müvafiq izahat işləri aparılması üçün Nəsimi rayonunun 22-ci Polis Bölməsinə gətirilib. Müvafiq izahat işləri aparıldıqdan sonra onların hamısı buraxılıb. Bu zaman Emin Hüseynov özünü pis hiss etdiyini bildirib. Dərhal təcili yardım çağırılıb. Tibbi müayinə zamanı məlum olub ki, onun özünü pis hiss etməsi əvvəlki xəstəliyi ilə bağlıdır. Müayinə zamanı müəyyən edilib ki, E.Hüseynovun təzyiqi 190-a qalxıb və bundan huşunu itirib».



****


ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Emin Hüseynovun iyunun 14-də Bakıda polis bölməsində döyülməsindən qəzəbləndiyini bildirib: «Biz həmkarımız Emin Hüseynova qarşı bu vəhşi hücumdan qəzəblənmişik».


«Turan»ın məlumatına görə, JMK-nın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Oqnianova Azərbaycan hakimiyyətini bu hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.


İyunun 14-də Bakıdakı «Alaturka» kafesində Çe Gevara tərəfdarlarının öz kumirlərinin 80 illiyini qeyd etməsi insidentlə nəticələnib. Gözlənilmədən kafeyə daxil olan 30-a yaxın mülki geyimli şəxs Kubanın Azərbaycandakı səfirinin də qatıldığı tədbiri başa çatdırmağı tələb ediblər.


Kuba diplomatı hadisə yerini tərk edib.


Tədbirin qalan iştirakçıları isə Nəsimi rayon 22-ci Polis Bölməsinə aparılıb.


JMK-nın press-relizində deyilir ki, Nəsimi rayon 22-ci Polis Bölməsinə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov görüşün 20 iştirakçısı ilə birlikdə gətirilib. Polisdə tapançanın tutacağı ilə onun kürəyinə və boynuna bir neçə dəfə zərbə vurublar. Bu zaman polis zabiti onu hədələyib və təhqir edib.
JMK-nın sorğusuna cavab olaraq bölmənin zabiti bildirib ki, Hüseynova təzyiq göstərilməyib və o, özünü beyin silkələnməsi olan şəxs kimi göstərir.


Bir sıra səfirliklər və beynəlxalq təşkilatlar hadisəni pisləyiblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG