Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

Bakıda «İstefa!» və «Azadlıq!» şüarları səsləndi


Polis 10-dan çox aksiyaçını saxlasa da, sonradan xəbərdarlıq edərək buraxıb

Polis 10-dan çox aksiyaçını saxlasa da, sonradan xəbərdarlıq edərək buraxıb

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında keçirmək istədiyi icazəsiz aksiya baş tutmayıb. Polis aksiyaçıların meriyanın qarşısına toplaşmasına imkan verməyib. Polis bir neçə nəfəri, o cümlədən «Yeni Müsavat» qəzetinin əməkdaşı Əfqan Muxtarlını da saxlayıb.


Bundan sonra bir qrup aksiyaçı «İstefa!» və «Azadlıq!» şüarları ilə BŞİH-in binasına doğru hərəkət ediblər. Polis həmin aksiyaçıları da saxlayıb. Saxlananlar arasında jurnalist Mutafa Hacıbəyli də olub.


Ancaq aksiyaçılar piketin qətnaməsini paylamağa nail olublar. Qətnamədə hakimiyyət Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququnu təmin etməyə çağırılır.


Polisin saxladığı bütün aksiyaçılar sonradan xəbərdarlıq edilərək sərbəst buraxılıblar.


Müsavat Partiyası bir neçə dəfə mitinq keçirmək üçün BŞİH-ə müraciət etsə də, meriya onlara aksiya üçün Bibiheybət qəsəbəsini göstərib. Partiya sözügedən qəsəbədə mitinq keçirməkdən imtina edib və BŞİH-i məhkəməyə verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG