Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

«İdarə olunan böhran»


«Hakimiyyət müxalifətin hətta şəhərin ucqarlarında aksiya keçirməsinə imkan vermir»

«Hakimiyyət müxalifətin hətta şəhərin ucqarlarında aksiya keçirməsinə imkan vermir»

«Bizim Yol» yazır ki, «Azərbaycandakı rejim sosial narazılıqları da nəzarətə götürməyə çalışır».


Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov seçki vaxtı kütləvi aksiyalar keçirmək üçün hakimiyyətə də, müxalifətə də eyni yerlərin təklif ediləcəyini deyib. Bir qədər əvvəl isə Milli Məclis «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna məhdudlaşdırıcı dəyişikliklər edib. Bu prosesi təhlil edən qəzet yazır ki, «diqqətlə təhlil etsək aydın olar ki, hakimiyyət müxalifət partiyalarının sosial tələblərlə hətta şəhərin ucqarlarında belə keçirmək istədiyi aksiyalara imkan yaratmır. Ümumiyyətlə, iqtidar bütün ictimai, siyasi, hüquqi prosedurları tamamilə və şəriksiz idarə etmək fikrindədir və buna əsasən nail olub. Eyni ilə ölkə əhalisinin tam əksəriyyətini sarımış sosial narazılığın da kənar qüvvələrin iradəsi altına keçməməsinə çalışır, özünün yaratdığı narazılığı idarə etməyə cəhd göstərir. Amma bunun sonadək mümkün olmadığını sübut edən çoxlu tarixi misallar, faktlar var».


«Azadlıq» qəzetinə müsahibə verən Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu sabiq prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi ilə bağlı danışıb. O, Elçibəy iqtidarının yıxılmasında qərbin roluna işarə edib. «Azərbaycandakı neft maraqlarını nəzərə alaraq bütün bunların hamısına göz yumdular və Elçibəy hakimiyyətinin yıxılmasına belə demək mümkünsə xeyir-dua verdilər. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Kəlbəcər işğal olunanda Türkiyə Cümhuriyyətindən vertolyot istənildi. Süleyman Dəmirəl isə 6 vertolyota qıymadı. Hakimiyyətin arxasında durmadı. Amma Naxçıvanla əlaqələri daha sıcaq, daha möhkəm idi. Bu gün 4 iyun qiyamından danışılır. Qiyam təkcə Kəlbəcərdə baş verməmişdi, qiyamın arxasında duran qüvvələr - İran və Rusiya idi».


M.Mirəlioğlu deyir ki, bundan əlavə Elçibəyin böyük demokrat, böyük türkçü olması kimlərisə qane etmirdi. Beləliklə, istəklər üst-üstə düşürdü. «Hətta ərazi itkisi ilə nəticələnsə belə, yenə də qiyama xaricdən xeyir-dua verildi».


«Bu hakimiyyət üçün cəmiyyətin fəallığı qorxuludur»-, bunu «Yeni Müsavat»a müsahibəsində Müsavat başqanı İsa Qəmbər deyib. O, bildirir ki, hakimiyyət üçün «qorxulu olan cəmiyyətin fəallaşmasıdır».


Hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının konfransları başlayıb. «Yeni Azərbaycan» yazır ki, Göyçay və Astara rayon təşkilatlarının konfransları olub. Hər iki təşkilatın toplantısında YAP-ın VII qurultayına nümayəndələr seçilib.


XS
SM
MD
LG