Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41
Komandalarda hökm sürən psixoloji ab-havadan cox şey asılıdır. Futbol ulduzlarindan ibarət bir heyətə başçılıq etmək heç də asan deyil. Bəzi yığmalarda isə o qədər ulduz var ki, meydana növbə ilə buraxmaq lazım gəlir. Məsələn, Rusiya ilə oyunun 60-cı dəqiqəsində İspaniyanın baş məşqçisi Araqones gözlənilməz bir gediş etdi. Kifayət qədər yaxşı oyun nümayiş etdirən Fernando Torresi Cesc Fabreqasa dəyişdi. Bu əvəzetmədən pərt olan Torres təşəkkür üçün əlini ona uzadan məşqçiyə məhəl qoymadan meydanı tərk etdi. İspan mediasının ehtimallarına görə Araqoneslə Torresin şəxsi münasibətləri pisdir, oyunçunun əvəz olunmasının səbəbi də elə budur. Oyundan dərhal sonra bu mövzuda danışmaqdan imtina edən məşqçi bildirib ki, belə məsələlər komandanın daxilində müzakirə olunur.

Bir qədər sonra isə yağış kimi üstünə yağan sualların təzyiqinə tab gətirməyən Araqones vəziyyətə öz münasibətini bildirmək qərarına gəlib. “Belə olmamalıdır. Keçmiş oyunçu kimi başa düşürəm ki, meydandan çixarılan Torresin hirslənməyə haqqı var. Oynamaq imkanından məhrum olan futbolçu hirslənməlidir. Amma, qoy, ilk növbədə özünə, yalnız bundan sonra başqalarına qəzəblənsin”, - deyən məşqçi həm də eyham vurub ki, Torresə dərs verməyi götürqoy edir.

Məsələyə münasibətini bildirən Torresin sözlərinə görə, məşqcinin onu cəzalandıracağından xəbər verən hec nə hiss etməyib. Tores deyib: “Luislə söhbətim olmayıb. Amma əminəm ki, əgər onun ürəyində nəsə varsa, mütləq mənə deyəcək”.


Sonradan tərəflər mətbuatda çıxış edərək gərginliyi aradan qaldırmaq cəhdləri göstərdilər.


Portuqaliya millisində isə ab-hava çempionatdan sonrakı gözləntilərlə bağlıdır. Portuqaliyanın məşqçisi Luis Felipe Scolari İngiltərənin “Chelsea” klubu ilə muqavilə bağlayıb. Onun gələcək vəzifəsi ətrafında qızğın müzakirə gedir. Portuqaliya ulduz futbolcularının da yeni klub planları mövcuddur. Lakin Scolari cempionat başa çatanadək bu haqda danışmağı futbolçulara qadağan edib. Onun yasağı oyunçular arasında narazılıq yaradıb. Portuqaliya qəzetlərinin yazdığına görə Scolarini ikili standartlarda günahlandiranlar var.


XS
SM
MD
LG