Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:50

Avropa Çempionatlarının tarixi


Hollandiya-İtaliya oyunu, 9 iyun 2008
Hollandiya-İtaliya oyunu, 9 iyun 2008
1960-cı il.

Qalib: Sovet İttifaqı.


Kecirildiyi yer - Fransa.


Final oyunu: Yuqoslaviya - Sovet İttifaqı, 1-2 (elave vaxtdan sonra).


İlk dəfə Avropa yığmaları arasında keçirilən bu yarış Avropa millətləri kuboku adlanırdı. Olimpiya sistemi üzrə keçirilən turnirdə kubok uğrunda 17 ölkənin milli yığma komandası mübarizə aparırdı. Bir cox ölkələr, onların arasında Qərbi Almaniya, İngiltərə və İtaliya, bu yarışa gəlməkdən imtina etdilər. Finala Sovet İttifaqı və Yugoslaviya çixa bildi. Oyunun əsas hissəsi 1-1 hesabi ilə başa çatdi. Birinci hissənin sonuna yaxın Milan Qladiç hesabı açdı, fasilədən dərhal sonra isə Sovet yığması hesabı bərabərləşdirdi. Qolun müəllifi Slava Metreveli idi. Əlavə oyun vaxtının ikinci hissəsində Viktor Ponedelnik topu Yuqoslaviya komandasının qapısından keçirərək Sovet İttifaqına qələbə gətirdi.



1964-cü il.


Qalib: İspaniya.


Kecirildiyi yer: İspaniya.


Final oyunu: İspaniya – Sovet İttifaqı, 2-1


Yarışın en böyük sensasiyası Luksemburq millisinin Hollandiya yığmasını qabaqlayaraq növbəti mərhələyə çıxması oldu. Dörddəbir finalda Danimarka ilə oyunda Luksemburq daha bir sensasiyaya yaxın olsa da, bərabər ve gərgin keçən bu oyun onların məğlubiyyəti ilə nəticələndi. Yarımfinalda Sovet İttifaqi rəqib qapısından 3 cavabsız top keçirərək asanlıqla Danimarkanı məğlubiyyətə uğratdı. Diğər yarımfinal oyunu isə gərgin keçdi. İspaniya yalnız əlavə vaxtda Macarıstan millisinin qapısina qələbə topunu vurub finala cıxmağa müvəffəq oldu. 4 il əvvəl Fransada keçirilən yarışda İspaniya yığması Sovet komandası ilə oyundan imtina etmişdi. Bu dəfə isə oyuna cıxan meydan sahibləri gərgin keçən bir oyunda Sovet komandasını məğlub edib Avropa kubokuna yiyə durdu.




1968-ci il


Qalib: İtaliya.


Keçirildiyi yer: İtaliya.


Final oyunu: İtaliya – Yuqoslaviya, 1-1, 2-0


Əvvəlki iki Avropa kubokundan fərqli olaraq bu dəfə çempionatın formatında dəyişiklik həyata keçirildi. Oyunlar dünya çempionatında olduğu kimi ilk mərhələdə seçmə qruplarda, sonra isə “uduzan-cıxır” qaydası ilə təşkil olundu. Yarımfinalda qarşılaşan İtaliya və Sovet komandaları arasındakı oyun hec-hecə ilə başa çatdı və yalnız püşkatma nəticəsində İtaliya finala çıxa bildi. İngiltərə və Yuqoslaviya arasındakı ikinci yarımfinal oyunu da gərgin kecdi. Yuqoslavların axırıncı dəqiqələrdə vurduğu yeganə top oyunun taleyini həll etdi. Finalda qalibi müəyyən etmək üçün bir deyil iki oyuna ehtiyac yarandı. Belə ki, çox dramatik keçən birinci oyunun əsas və əlavə vaxtı heç-heçə ilə sona çatdı. Bu dəfə püşk atmağa deyil, ikinci dəfə oynamağa üstünlük verildi. İki gündən sonra yenidən meydana cıxan İtaliya komandasında coxlu dəyişiklik edilmişdi. Ona görə italiyalılar yorğun yuqoslavlardan daha surətli oynayaraq 2:0 hesabı ilə qələbə qazandılar.



1972-ci il.


Qalib: Qərbi Almaniya


Keçirildiyi yer: Belçika.


Final oyunu: Qərbi Almaniya – Sovet İttifaqı, 3-0


Meydan sahibləri gözlənilmədən Avropa cempionu İtaliya komandasını sıradan çıxarıb yarimfinala vəsiqə qazansalar da, Qərbi Almaniya komandası qarşısında aciz qaldılar. Bu oyunda Qerd Müller Belçikanın qapısından iki top kecirərək almanları finala yüksəltdi. Digər yarımfinalda Sovet İttifaqı 1:0 hesabı ilə Macarıstan yığmasına qalib gəldi. Macarlar oyunun sonunda 11 metrlik cerimə zərbəsindən istifadə edə bilmədilər. Final oyunu Qərbi Almaniya komandasının tam üstünlüyü ilə kecib Sovet İttifqı yığması üzərində qələbə ilə başa catdı. Almanların heyətində oynayan Müller, Breitner, Nezner və əlbəttə Frans Bekkenbauer kimi güclü oyuncular iki il sonra da komandanın dünya cempionatındakı qələbəsini təmin etdilər. (Frans Bekkenbauer futbol tarixinə həm də “Futbol - əhəmiyyətsiz şeylərdən ən əhəmiyyətlisidir” ifadəsinə görə düşüb)



1976-cı il.


Qalib: Çexoslovakiya.


Keçirildiyi yer: Yuqoslaviya.


Final oyunu: Çexoslovakiya – Qərbi Almaniya 2-2, (cərimə zərbələri ilə 6-5)


Bu çempionat da özündən əvvəlkilər kimi birinci mərhələdə dairəvi qrup oyunları, sonra isə olimpiya sistemi üzrə kecirildi və bu sistemin tətbiq edildiyi sonuncu Avropa birinciliyi oldu. Çexoslovakiya yığma komandası turnirin ən böyük sensasiyası oldu. Güclü rəqiblərini bir-bir sıradan çıxaran bu komanda finalda turnirin favoriti olan Qərbi Almaniya millisi ilə qarşılaşdı. 120 dəqiqəlik oyundan sonra tablodakı hesab 2-2 idi. Cərimə zərbələrini daha dəqiq vuran Çexoslovakiya futbolçuları ilk dəfə olaraq Avropa çempionu oldular.



1980-ci il.


Qalib: Qərbi Almaniya.


Keçirildiyi yer: İtaliya.


Final oyunu: Qərbi Almaniya – Belçika 1-0


Bu cempionatın yeniliklərindən biri turniri təşkil edən ölkə yığmasına seçmə oyunlarda iştirak etmədən birbaşa final mərhələsinə qoşulmaq hüqunun verilməsi idi. Cempionatın bürünc finalında beynəlxalq futbol yarışlarınn ən uzunmüddətli cərimə zərbələri konkursu yaşandı. İtaliya və Çexoslovakiya arasındakı bu oyunun əsas və əlavə vaxtları heç-heçə ilə bitdi. Cərimə zərbəsi marafonunundan 9-8 hesabı ilə Çexoslovakiya oyunçuları qalib çıxdı. Turnirin final oyunu da dramatik keçdi, son dəqiqələrdə Belçika millisinin qapısına oyunun yeganə qolunu vuran Qərbi Almaniya komandası turnirdə qələbə qazandı.



1984-cü il.


Qalib: Fransa.


Keçirildiyi yer: Fransa.


Final oyunu: Fransa – İspaniya 2-0


1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında parlaq ulduzlardan ibarət və gözəl oyun nümayiş etdirən Fransa komandası coxlarının rəğbətini qazanmışdı. Qərbi Almaniya ilə yarımfinal oyunundan sonra. futbol tarixinin ən dramatik oyunlarından biri olan həmin göruş fransızların uğursuzluğu ilə nəticələnmiş, 11 metrlik cərimə zərbələri yarışından sonra finala Almanlar cıxmışdı. Ona görə, 2 il sonra Mişel Platini, Jan Tiqana, Alan Jires kimi məhşur oyunçuları özündə birləşdirən Fransa yığması revanş almaq əzmində idi. Fransa yığması ilk oyundan yüksək ustalıq və gözəl oyun nümayiş etdirib turniri qələbə ilə başa vurdu. Meydanın kralı, Mişel Platini 5 oyunda 9 qol vurdu. Finalda İspaniya ilə qarşılaşan fransalılar Mişel Platininin məharətlə vurduğu sərbəst zərbədən sonra hesabı açdılar. İspanların hesabı bərabərləşdirmək cəhdləri təhlükəli idi. Fransa millisinin oyuncusu Le Ruksa qırmızı vərəqə göstəriləndən sonra ispanların ümidi daha da artdi. Lakin sayca az olan Fransa yığması nəinki rəqib həmlələrinə tab gətirdi, hətta əks-hücüma kecib hesabı artırmağa müəssər də oldu.



1988-cü il.


Qalib: Hollandiya.


Keçirildiyi yer: Qərbi Almaniya.


Final oyunu: Hollandiya – Sovet İttifaqı, 2-0


Bu yarış da əvvəlki formatda keçirilirdi. 4 və ya 5 ölkə yığmasından ibarət 7 qrup yaradilmış, qrup qalibləri növəti mərhələdə olimpiya sistemi üzrə yarışı davam etdiridi. Turnirdə Hollandiya komandasının hücumçusu, hazırda hollandiyalıların baş məşqçisi olan Marko van Bastenin ulduzu parladı. Hollandiyanın Avropa cempionluğunda Van Bastenin vurduğu qollar həlledici rol oynayırdı. Onun final oyununda SSRİ komandasının qapısından keçirdiyi top futbol tarixinin tez-tez xatırlanan qolları sırasındadır. Bundan başqa məlum oldu ki, Hollandiya futbolu dunya dominantlığı iddialarından əl cəkmək fikrində deyil, Ruud Gullit, Frank Raykaard, Marko van Basten kimi yeni nesl futbol ustaları hollandiyalıların ən yaxşı ənənələrini davam etdirməyə hazırdır.



1992-ci il.


Qalib: Danimarka.


Keçirildiyi yer: İsveç.


Final oyunu: Danimarka – Almaniya, 2-0


Gələcək Avropa cempionun adı ilkin olaraq ümümiyyətlə iştirakçılar sırasında yox idi. Final mərhələsinə vəsiqə qazanan əslində Yuqoslaviya yığması idi. Lakin bu ölkədə alovlanan etnik müharibələr bu federativ dövlətin avropa birinciliyində iştirakını mümkünsüz etdi və onun yeri Danimarka millisinə verildi. Danimarkalılar taleyin onlara bəxş etdiyi bu nadir şansdan tam gücü ilə istifadə edə bildi. Baxmayaraq ki, danimarkalıların aparıcı oyunçusu Mikael Laudrup məşqçi Möller Nielsenlə açiq mübahisədən sonra komandadan qovulmuşdu, Danimarka yığması sabit və effektiv oyun nümayiş etdirə bildi. Bütövlükdə sönük keçən, qollardan kasad olan bu turnirin finalına cıxan danimarkalılar burada Almaniya yığmasının qapısından 2 cavabsız top keçirdilər.



1996-cı il.


Qalib: Almaniya.


Keçirildiyi yer: İngiltərə.


Final oyunu: Almaniya – Çexiya, 2-1 (əlavə vaxtdan sonra)


İngilis azarkeşlərinin burnunun ucu milli komandalarının qələbəsi üçün göynəyirdi. 1966-cı ildə İngiltərə dünya cempionu olanda da (azərbaycanlı hakim Tofiq Bəhrəmovun fərqləndiyi məhşur birincilik) oyunlar burada kecirilirdi və azarkeşlərdə belə bir əminlik vardı ki, doğma divarlar bu dəfə də İngiltərəyə həyan duracaq. Lakin əvəzində həmin uzaq 66-da ingilislərin məğlub etdiyi Almaniya yığması öz revanşını göturdu, yarımfinalda 11 metrlik cərimə zərbələrindən sonra İngiıtərəni məğlub etdi. Final oyununda isə iradə nümayiş etdirib Çexiya millisi üzərində qələbə çaldı. Bu oyunda çexlər hesabı açdı. Lakin almanlar sıralarını dəyişib hücumcularının sayını 3 nəfərə qədər artırdılar. Onalrın taktik gedişi öz bəhrəsini verdi: əvəzetmədən sonra meydana cıxan Bierhoff hesabı bərabərləşdirdi. Əlavə vaxtın birinci hissəsində isə elə həmin oyuncu cempionatın qələbə nöqtəsini qoydu. “Qızıı qol” qaydasına görə əlavə vaxtda ilk qolu vuran komanda qalib elan olunur.



2000-ci il.


Qalib: Fransa


Keçirildiyi yer: Hollandiya və Belçika


Final oyunu: Fransa – İtaliya, 2-1 (əlavə vaxtdan sonra)


İlk dəfə olaraq Avropa birinciliyi bir deyil, iki ölkədə keçirilirdi və Hollandiya ilə Belçika ev sahibliyini aralarında bölüşürdü. Lakin cempionluğu qonşu ölkənin, Fransanın yığma komandası qazanıb balansında olan bu titulun sayını 2-yə yüksəltdi. Bundan başqa Fransa eyni vaxtda həm dünya, həm də Avropa çempionu adını daşıyan yeganə ölkə oldu. Final oyununda İtaliya qələbənin cəmi bir-necə dəqiqəliyində durmuşdu. 1-0 hesabı ilə uduzan Fransanın oyunçusu Silvian Viltord cavab topunu vuranda 90 dəqiqə artiq başa catmış, komandalar əsas vaxtda əlavə olunan dəqiqələrin sonuna catmaq üzrə idi. Əlavə 30 dəqiqənin 12-ci dəqiqəsində David Trezueget ikinci topu vurub adını “Qizil qol”un müəllifliyinə yazdi.



2004-cü il.


Qalib: Yunanıstan


Keçirildiyi yer: Portuqaliya.


Final oyunu: Portuqaliya – Yunanıstan, 1-0


Bu turnirin açılış oyunu ev sahibi Portuqaliya ilə Yunanıstan arasında kecirildi. Həmin anlarda hamı Portuqaliya milisini favorit sayır, Yunanları isə ciddi qəbul edən az idi. Sonradan, yarışın ilk oyununda işirak edən tərəflər sonuncu, final oyununda da görüşməli olanda Yunanısatanı bu turnirin əsas sensasiyası adlandırırdılar. Yunanların müdafıə-əks hücum taktikası çox tənqid olunsa da həmin Avropa birinciliyində öz bəhrəsini verdi, o cümlədən final oyununda. 57-ci dəqiqədə Angelos Karisteosun vurduğu qol oyunun sonuna qədər cavabsız qaldı. Yunanlar ilk dəfə olaraq Avropa çempionu oldular, komandanın məşqçisi alman Otto Rehhagel ilə Yunanısatanda milli qəhrəman kimi qəbul olundu.


XS
SM
MD
LG