Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Müsavatın növbəti aksiyasına da icazə verilmədi


Son bir neçə ayda Müsavatın aksiya keçirmək istəməsinə icazə verilməyib

Son bir neçə ayda Müsavatın aksiya keçirmək istəməsinə icazə verilməyib

Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış piket keçirmək niyyətindədir. Partiya həmin aksiyanın keçirilməsinə razılıq üçün icra hakimiyyətinə müraciət etsə də, şəhər rəhbərliyi bu aksiyanı «məqsədəuyğun» hesab etməyib.


Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna deyib ki, razılaşdırılmamış olsa da, Müsavat partiyası bu piketi keçirmək istəyir.


Aksiyanın keçirilməsində məqsəd ölkədə sərbəst toplaşmaq azadlığının bərpa edilməsidir.


Son bir neçə ayda Müsavat partiyası bir neçə dəfə müxtəlif siyasi və sosial şüarlarla etiraz aksiyası keçirmək istəsə də, Bakı Şəhər İcra Hakimiyyəti ona razılıq verməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG