Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29

Hollandiya Fransanı böyük hesablı məblubiyyətə uğratdı


Hollandiya Fransa yığmasını da məğlub etdi

Hollandiya Fransa yığmasını da məğlub etdi

İyunun 13-ü axşam futbol üzrə Avropa Çempionatının C qrupunun oyunları keçirilib. Sonuncu dünya çempionu İtaliya Rumıniya ilə qarşılaşmadan heç-heçə ilə (1-1) ayrılıb. Hesabı Adrian Mutu açıb. Az sonra Panuççi oyuna tarazlıq gətirib. Qarşılaşmada İtaliya yığmasının qapıçısı Buffon bir penaltini də zərərsizləşdirib.


İkinci oyunda isə Hollandiya Fransa yığmasını böyük hesablı məğlubiyyətə uğradıb – 4-1. Hollandlardan Kyut, van Persi, Robben və Sneyder fərqləniblər. Tyerri Anri fransızların təsəlli qoluna imza atıb.


Ardıcıl iki qələbədən sonra Hollandiya millisi 4/1 mərhələyə çıxıb.


Bundan əvvəl A qrupundan Portuqaliya, B qrupundan isə Xorvatiya da 4/1 mərhələyə çıxıb.


İyunun 14-ü axşam D qrupunun oyunları keçiriləcək. İsveç İspaniya ilə, Yunanıstan isə Rusiya ilə qarşılaşacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG