Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:18

Minsk sakinlərinin həyat şəraiti Avropada ən pisdir


Belarusun paytaxtı Avropada həyat şəraitinin ən pis olduğu şəhər elan edilib

Belarusun paytaxtı Avropada həyat şəraitinin ən pis olduğu şəhər elan edilib

Belarusun paytaxtı Avropada həyat şəraitinin ən pis olduğu şəhər elan edilib. «Merser» Qlobal İnsan Ehtiyatları Təşkilatının bu həftə yaydığı hesabata görə, Minsk sakinlərinin həyat şəraiti Avropanın 182 şəhəri arasında ən pisdir.


«Merser»in baş tədqiqatçısı Slagin Parakatilin dediyinə görə, Minsk hesabatda nəzərdən keçirilən 39 kriteriyanın əksəriyyəti üzrə ən aşağı bal toplayıb.


Şəhərin istirahət-əyləncə imkanları çox aşağıdır. İqtisadi və siyasi mühit, aeroportun vəziyyəti və nəqliyyat sistemi də pis qiymətləndirilir. Son illərdə müəyyən dəyişikliklərə nail olub «Merser»in siyahısında yuxarı qalxmış Şərqi Avropa ölkələrindən fərqli olaraq Minsk siyahının sonunda qalmaqda davam edir.


Belarus Milli Texniki Universitetinin professoru Valmen Aladausa bu tədqiqatı böhtan adlandıranlar arasındadır:


«Minsk Avropanın maraqlı şəhərlərindən biridir. Şəhərə gələn hər kəs bunu açıq-aşkar deyir. Bu hesabatda hökumət hədəfə alınıb. Son nəticədə isə bütün xalqın heysiyyətinə toxunulur».


Minsk sakinlərinin çoxu isə bu hesabatla razıdırlar:


- Avropanın bütün şəhərlərində çoxlu klublar, kafelər var. Axşamlar işdən evə tələsməyəndə belə yerlərdə vaxt keçirmək olur. Burdasa gecələr açıq olan ancaq kazinolar və dəmiryol stansiyasıdır.


- Uşaqlar üçün bir Buz Sarayı var. Bu saraydan başqa yerlərin olması da yaxşı olardı. Demək olar ki, yayda uşaqları aparmağa yer tapmırsan.


Belarusun mədəniyyət şərhçisi Sarhi Karenski isə deyir ki, şəhər rəhbərliyi Minskin tarixi yerlərinin qorunub saxlanması, daha da gözəlləşdirilməsi üçün çox az iş görüb. O, bildirir ki, tarixi abidə adına şəhərdə iki kilsədən başqa yer yoxdur. Bir vaxtlar tikilməsi planlaşdırılan muzeylərin yerindəsə pivəxanalar açılıb. Karenskinin sözlərinə görə, Minskdə şəhər rəhbərliyinin işi hər kvadratmetri satmağa yönəlib.


Günün bütün mövzuları

XS
SM
MD
LG