Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

«Ölkənin dərman bazarında xaos yaranıb»


O.Şirəliyev səhiyyə sistemində problemlərin olduğunu diqqətə çatdırıb

O.Şirəliyev səhiyyə sistemində problemlərin olduğunu diqqətə çatdırıb

«Ölkəyə gətirilən dərmanların 80 faizi qeydiyyatdan keçirilmir. Milli Məclisin qəbul etdiyi qanuna görə, bütün dərmanlar qeydiyyatdan keçməlidir. Son 6-7 ayda 900 adda keyfiyyətsiz dərman satışdan götürülüb».


Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 13-də YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib.


Nazir ölkənin dərman bazarında xaos olduğunu deyib.


O.Şirəliyev həmçinin səhiyyə sistemində digər problemlərin də olduğunu diqqətə çatdırıb. Ancaq o, bu problemlər barədə geniş danışmayıb.


Nazir bu il tibb işçilərinin əmək haqlarının qaldırılacağını deyib. Hazırda dövlət tibb müəssisələrində 100 minədək işçi çalışır.


Günün bütün mövzuları

XS
SM
MD
LG