Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:19

Tətilçilərin tələbləri müzakirə olunur


«Caspian Shipyard» şirkəti dənizdə platformalar hazırlamaqla məşğuldur

«Caspian Shipyard» şirkəti dənizdə platformalar hazırlamaqla məşğuldur

Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı «Caspian Shipyard» şirkətində danışıqlar aparıb. İttifaqın sədri Cahangir Əliyev «Azadlıq» radiosuna deyib ki, şirkət rəhbəri və tətil edən fəhlələrlə görüşüb, hər iki tərəfin fikirlərini dinləyib.


Əliyevin sözlərinə görə, yerli fəhlələr şirkətdə çalışan əcnəbilərlə aralarındakı maaş, məzuniyyət və s. fərqlərdən narahatlıqlarını bildiriblər.


Azərbaycanlı işçilər həmçinin yeməklə bağlı problemlərinin olduğunu deyiblər.


Cahangir Əliyev bildirir ki, fəhlələrin qaldırdıqları elə məsələlər var ki, bir göstərişlə həll oluna bilər: «Məsələn, məişət otaqlarının azlığı, xüsusi geyimlər və s.»


Amma maaş və məzuniyyətlə bağlı fərqlərin aradan qaldırılması müzakirə edilməlidi. Cahangir Əliyev deyir ki, şirkət rəhbəri fəhlələrin irəli sürdükləri tələblərin bir-bir müzakirə olunmasının tərəfdarıdı. Danışıqlar gələn həftə davam etdiriləcək.


İyunun 12-də neft-qaz sənayesində fəaliyyət göstərən «Caspian Shipyard» şirkətinin 500-ə yaxın azərbaycanlı işçisi tətil edib. Şirkətin rəhbərliyi məsələnin həll olunması üçün tətilçilərdən bir həftə vaxt istəyib. Bundan sonra aksiya dayandırılıb. Yerli işçilər həmin müddətdə tələbləri yerinə yetirilməsə, yenidən tətilə başlayacaqlarını bildiriblər.


Sinqapura məxsus «Caspian Shipyard» şirkəti dənizdə platformalar hazırlamaqla məşğuldur.


Günün bütün mövzuları

XS
SM
MD
LG