Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Məhkəmə qərarları niyə icra olunmur?


«İmtiyazlı qurumlar və məmurlar məhkəmə qərarlarının icrasına təsir edir»

«İmtiyazlı qurumlar və məmurlar məhkəmə qərarlarının icrasına təsir edir»

«Yeni Müsavat» yazır ki, məhkəmə qərarlarının icrasını təmin etmək üçün büdcədən maliyyələşən fond yaradılmalıdır. Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əlməmməd Nuriyevin qənaətinə görə, məhkəmə qərarlarının icrasında problemlərin yaranması daha sox qanunvericilikdə olan boşluqla bağlıdır: «Bəzən qanun məhkəmə qərarlarının tam həcmdə həyata keçirilməsinə imkan vermir. Bir çox hallarda isə qərarların icra edilməməsi onlarda olan anlaşılmazlıqla bağlıdır. Qərarların icrasını təmin etməyə tərəflərin mane olduğu hallarda var».


Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə məsələni başqa cür şərh edir: «Məhkəmə qərarlarının icra olunmaması məmurların öz vəzifələrinin öhdəsindən gələ bilməməsi, digər tərəfdən şəxsi maraqlar naminə qanundan sui-istifadə hallarına yol verilməsi ilə bağlıdır. Bəzən isə yuxarı vəzifəli şəxslər tərəfindən verilən göstərişlər qanunların pozulmasına səbəb olur. Ölkədə məmur özbaşınalığının olması hətta hökumət səviyyəsində etiraf olunub. Lakin bunun kökünün kəsilməsi istiqamətində hələlik lazımi addım adım atılmayıb».


«525» yazır ki, «imtiyazlı qurumlar və məmurlar məhkəmə qərarlarının icrasına təsir edir». Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə məhkəmənin qərarlarının yerinə yetirilməsində problemlər olduğunu etiraf edir: «Normal demokratik dövlətlərdə məhkəmə qərarları bütün hallarda ya icra edilməli, ya da ləğv olunmalıdır. Üçüncü həll yolu yoxdur».


«Azadlıq» yazır ki, hökumət ipoteka kreditlərinin verilməsi şərtlərini sərtləşdirir. Mütəxəssislər hesablayıb ki, indiki şərtlərlə ipoteka krediti almaq istəyən vətəndaşın gərək aylıq gəliri 1000-1200 manat olsun.


«YAP 450 mininci üzvünə partiya vəsiqəsini təqdim etdi». Bu barədə hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» məlumat verib. YAP-ın icra katibi Əli Əhmədov 450 mininci üzvə - Azərbaycan Müəllimlər İnstitutunun 1-ci kurs tələbəsi Şahanə Məmmədovaya partiyanın üzvlük vəsiqəsini təqdim edib. «Onun sözlərinə görə bu gün gənclərin qarşısında dayanan mühüm vəzifə Heydər Əliyev ideyalarını öyrənmək və onları gələcək nəsillərə çatdırmaqdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG