Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:05

25 yaşlı fəal işgəncə verilərək öldürülüb


Fərhad Möhsini may hadisələrinin iştirakçılarından biri idi

Fərhad Möhsini may hadisələrinin iştirakçılarından biri idi

İranda Azərbaycan fəallarından Fərhad Möhsininin cəsədi tapılıb. O, may hadisələrinin iştirakçılarından biri idi və həmin hadisələr zamanı güllə yarası alaraq, həbs olunmuşdu.


Ailəsinin «Savalanın səsi»nə verdiyi məlumata görə, Fərhad Möhsininin axtarılması ilə bağlı rəsmi dövlət orqanlarına müraciət etsələr də bu nəticəsiz qalıb.


Ancaq fəalın cənazəsi iyunun 11-də gizli servis tərəfindən meyitin yarılması mərkəzinə verilib. Fəalın ailəsinə xəbərdarlıq ediblər ki, bu barədə heç kimə məlumat verməsinlər.


2006-cı ildə rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin ilin mayın 22-də etiraz aksiyaları keçirilib. Fərhad Möhsini məhz may hadisələrinin ildönümü ərəfəsində yoxa çıxmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG