Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:26

Əcnəbi şirkətin 500-ə yaxın azərbaycanlı işçisi tətilə başlayıb


«Caspian Shipyard Company» neft-qaz sənayesində fəaliyyət göstərir

«Caspian Shipyard Company» neft-qaz sənayesində fəaliyyət göstərir

Neft-qaz sənayesində fəaliyyət göstərən «Caspian Shipyard Company»nin 500-ə yaxın azərbaycanlı işçisi tətilə başlayıb. Tətilçilər «Azadlıq» radiosuna deyiblər ki, onlar rəhbərlikdən əmək haqlarının şirkətdə çalışan xarici vətəndaşların maaşları səviyyəsinə qaldırılmasını tələb edirlər:


«Bizə məzüniyyət 21 gün, xaricilərə isə 40 gün verirlər».


Tələblərini yazılı şəkildə rəhbərliyə verən tətilçilər həmçinin həmkarlar ittifaqının yaradılmasını istəyirlər.


Aksiyaçılar eləcə də xarici ölkə vətəndaşı olan iş icraçılarının onlarla rəftarından narazıdılar.


«Caspian Shipyard Company»dən isə «Azadlıq» radiosuna deyiblər ki, hazırda rəhbərlik iclasdadı və məsələyə münasibətini açıqlayacaq.


Günün sonunda şirkətin rəhbərliyi məsələnin həll olunması üçün tətilçilərdən bir həftə vaxt istəyib. Azərbaycanlı işçilər «Azadlıq» radiosuna deyiblər ki, həmin müddətdə problem həll olunmasa, yenidən aksiyalara başlayacaqlar.


Sinqapura məxsus «Caspian Shipyard» şirkəti Qazaxıstanda fəaliyyət göstərən İtaliyanın «Agip» şirkətinin subpodratçısıdır.


Bu, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan işçilərin son beş ayda altıncı tətilidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG