Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

«Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır»


Azərbaycanda talassemiya daşıyıcılarının dəqiq uçotu aparılmır

Azərbaycanda talassemiya daşıyıcılarının dəqiq uçotu aparılmır

«Hazırda Azərbaycanda orta hesabla əhalinin 8 faizi, yəni hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır».


Bunu «Can Bakı»nın qonaqları Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Azad Hacıyev deyib. Onlar bildiriblər ki, sözügedən xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Bunun qarşısını almaq üçün prenatal diaqnostika üsulundan istifadə olunur.


Həkimlər deyiblər ki, indiyədək yalnız bir ölkədə - Şimali Kiprdə talassemiyanın kökünü tam kəsmək mümkün olub: «Həmin vaxt kilsə başçısı həm də dövlət rəhbəri olub. O, belə bir göstəriş verib ki, evlənən gənclər toydan qabaq kilsədə qan verib yoxlanmalıdırlar. Bu qaydanın köməyilə Şimali Kiprdə 20 ilə talassemiya xəstəliyinin kökünü kəsmək mümkün olub».


«Can Bakı»nın qonaqları əmindilər ki, Azərbaycanda bu xəstəliyə qarşı aparılan mübarizə beş ildən sonra ilkin nəticəsini verəcək.


Azərbaycanda talassemiya daşıyıcılarının dəqiq uçotu aparılmır. Xəstələrin sayının isə 400-ə yaxın olduğu deyilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG