Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Parlament çirkli pulların yuyulması məsələsini müzakirə edəcək


«Qanun qəbul etməklə çirkli pulların leqallaşdırılmasının qarşısını almaq olar»

«Qanun qəbul etməklə çirkli pulların leqallaşdırılmasının qarşısını almaq olar»

Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov «Üç nöqtə»yə müsahibəsində belə deyib. O, deyir ki, korrupsiya və terrorizm məqsədi ilə qazanılan çirkli pulların leqallaşdırılmasının qarşısını almaq məqsədilə qanun layihəsi hazırlanıb. Bunun qəbul edilməsi olduqca vacibdir.


«Çirkli pulların yuyulması prosesi bu və digər formada respublikamızdan da yan keçmir. Xüsusən də bəzi ölkələrdə qazanılmış çirkli pulların Azərbaycan ərazisindən keçib üçüncü ölkələrə ötürülməsi ehtimalları var. Belə cinayətkar qruplar o halda aşkar edilir ki, onların saxta sənədləri və ya başqalarının sənədlərindən istifadə etməsi açıq-aydın şübhə doğursun. Bu kimi şəxslər daha çox transmilli cinayətkar qrupların nəzarətində olurlar».


V.Əhmədov hesab edir ki, korrupsiya və terrorizm məqsədi ilə qazanılan çirkli pulların leqallaşdırılmasının qarşısını almağı nəzərdə tutan qanun qəbul etməklə problemin həlli istiqamətində əsaslı addımlar atılmış olacaq.


«Ekspress» yazır ki, Moskva vilayətinin Ramenskoe rayonunun Çulkovo qəsəbəsində 50 özbəyi qul kimi saxlayan azərbaycanlılar həbs olunub».


«Özbəkistan vətəndaşlarının dediklərinə görə, onlar Rusiyaya işləməyə gəliblər. Lakin Moskvada azərbaycanlılar tərəfindən aldadılaraq Çulkovoya gətiriliblər və anbarda işləməyə məcbur ediliblər».


«Ekspress» in əldə etdiyi məlumatlara görə, Çulkovoda qul kimi saxlanıb işlədilən özbəklər barədə məlumatı oradan qaçan iki «qul» verib. Onların dediklərinə görə, qəsəbədəki iki tərəvəz anbarlarında özbəkləri soğanları təmizləyib seçəndən sonra kisələrə yığmağa vadar ediblər.


Dünyada hər il təxminən 50 min qız və gənc qadın insan alverinin qurbanına çevrilir, yeniyetmə qızlar və gənc qadınlar tez-tez dövlətlərarası və etnik münaqişələrin, təcavüz və işğalların ilk qurbanları olurlar. Bunu Leyla Əliyeva «Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi» mövzusunda beynəlxalq forumda çıxışda deyib.


O, həmçinin vurğulayıb ki, qadınlar və qızlar üzləşdikləri bütün bu çətinliklərə baxmayaraq, beynəlxalq dialoqun təşviqi baxımından böyük imkanlara və qabiliyyətlərə malikdirlər. Məlumatı «Azərbaycan» yayıb.


L.Əliyeva qadınların demokratik cəmiyyətin əsas qurucularından olduğunu qeyd edərək deyib ki, qadınların cəmiyyətdə statusu nə qədər aşağı səviyyədə olsa, demokratik inkişaf üçün şanslar da bir o qədər aşağı olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG