Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Çingiz Aytmatov vəfat etdi


80 illik yubileyi çərçivəsində yazıçı bir neçə ay öncə Bakıya gəlmişdi

80 illik yubileyi çərçivəsində yazıçı bir neçə ay öncə Bakıya gəlmişdi

Məşhur yazıçı Çingiz Aytmatov iyunun 10-da Almaniyanın Nürnberq xəstəxanasında vəfat edib.


Onun 80 yaşının tamam olmasına bir neçə ay qalırdı. Yazıçı son vaxtlar ciddi pnevmaniya və böyrək çatışmazlığından əziyyət çəkirdi.


80 illik yubileyi çərçivəsində yazıçı bir neçə ay öncə Bakıya gəlmişdi. Azərbaycan Yazıçılar Birliyi və Atatürk Mərkəzi onun ədəbiyyat üzrə Nobel mükafatına namizədliyini irəli sürmüşdü. Sonradan bu təşəbbüsü türkdilli dövlətlərin mədəniyyət nazirləri də dəstəkləmişdi.


2008-ci il Qırğızıstanda Aytmatov ili elan olunub. O, bir sıra məşhur raman və povest və romanların- «Dəniz kənarı ilə qaçan alabaş», «Ağ gəmi», «Gün var əsrə bərabər» kimi əsərlərin müəllifi idi.


Çingiz Aytmatov həmçinin diplomatik fəaliyyətlə də məşğul olub. O, uzun illər Sovet İttifaqının, Rusiya Federasiyasının, daha sonra isə müstəqil Qırğızıstanın Avropa ölkələrində səfiri olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG