Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

MSK 77 gün qalmış seçkiyə start verəcək


«Seçki prosesində iştirak edən bütün tərəflərin razı qalacağı sənəd hazırlamaq mümkün deyil»

«Seçki prosesində iştirak edən bütün tərəflərin razı qalacağı sənəd hazırlamaq mümkün deyil»

Mərkəzi Seçki Komissiyası (MSK) 77 gün qalmış seçkiyə start verəcək . Bunu MSK-nın sədri Məzahir Pənahov iyunun 10-da deyib. O, Komissiyanın artıq seçki prosesinə bütünlüklə hazır olduğunu da vurğulayıb.


Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı fikrini açıqlayan Pənahov deyib ki, seçki prosesində iştirak edən bütün tərəflərin razı qalacağı sənəd hazırlamaq mümkün deyil.


MSK sədri müxalifət nümayəndələrinin depozit qarşılığında prezidentliyə namizədliyin qeydə alınması müddəasının ləğv edilməsinə etirazını da yersiz sayır: «Əgər kimsə ölkə prezidentliyinə iddia edirsə, onun 4 milyon 830 mindən yuxarı seçici arasından 40 min imza toplaması hətta ikinci dərəcəli namizədlər üçün də heç bir problem yaratmamalıdır».


Məzahir Pənahov onu da deyib ki, ölkə Konstitusiyası və beynəlxalq hüquq normaları tələb etsə də, bu dəfəki seçkidə də Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının iştirakı mümkün olmayacaq.


MSK sədri bu yöndə beynəlxalq qurumların birgə səylərinin hələlik nəticə vermədiyini bildirib.


Ölkə müxalifəti Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri demokratik normalara zidd sayır. Müxalifət hesab edir ki, seçki təbliğatının müddətinin qısaldılması, depozitin ləğvi və dövlət televiziyasında namizədlərin təbliğatının qadağan olunması azad və ədalətli seçkilər keçirmək imkanını azaldır.


Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG