Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:56

Dünyanın ən sürətli kompyuteri hazırlanıb


Yeni kompyuter Amerikanın nüvə ehtiyatlarına nəzarət edəcək

Yeni kompyuter Amerikanın nüvə ehtiyatlarına nəzarət edəcək

Amerika alimləri dünyanın ən sürətli kompyuterini nümayiş etdiriblər. Kompyuterin adı «Rodranner»dir, onu «IBM» korporasiyası hazırlayıb.


Bir saniyədə min trilyon əməliyyat həyata keçirə bilir. Bu da indiyə kimi elmə məlum olan göstəricidən iki dəfə çox sürət deməkdir.


Kompyuteri Los-Alamosda – Milli Laboratoriyada quraşdıracaqlar. Onun əsas işi Amerikanın nüvə ehtiyatlarına nəzarət etmək olacaq.


«Rodranner»dən həm də astronomiya, genetika kimi sahələrdə istifadə etmək mümkün olacaq. Təzə kompyuterin hazırlanmasında «Soni Pleysteyşn-3» ün dizayn komponentlərindən də istifadə ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG