Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

Rusiyada irqçiliyin qurbanlarının sayı artır


Moskva və Sankt-Peterburq şəhərləri Rusiyada zorakılığın mərkəzi şəhərləri hesab edilir

Moskva və Sankt-Peterburq şəhərləri Rusiyada zorakılığın mərkəzi şəhərləri hesab edilir

Bu ilin mayında Rusiyada ayrı-ayrı şəxslərə ən azı 13 hücum olub. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. May ayında hücumlar əsasən Moskva, Bryansk, Kalininqrad, Novokuznetsk, Omsk və Tulada qeydə alınıb.


2008-ci ilin 5 ayı ərzində isə ümumilikdə Rusiyada 232 nəfər irqçiliyin qurbanı olub. Onlardan 57-i ölüb. Bu hadisələr Rusiyanın 21 regionunda qeydə alınıb. Bu haqda Rusiyanın «SOVA» Analitik İnformasiya Mərkəzi bildirir. Keçən ilin ilk 5 ayında isə 279 nəfər qurban olmuşdu, onlardan 39-u ölmüşdü.


Göstərilir ki, may ayında məhkəmələr irqçiliklə bağlı 5 hökm çıxarıblar. 19 nəfər azadlıqdan məhrum edilib. Bunlardan ən yaddaqalanı 13 nəfərin ölümü və 53-nün yaralanması ilə nəticələnmiş Çerkez bazarındakı partlayışa görə təqsirli bilinən 8 nəfərin məhkəməsidir


Moskva və Sankt-Peterburq şəhərləri Rusiyada zorakılığın mərkəzi şəhərləri olmaqda davam edir. Moskvada irqçilik zəminində 35 nəfər ölüb, 89 nəfər yaralanıb, Sankt-Peterburqda isə ölənlərin sayı 11, yaralılarsa 18 olub.


Azərbaycanın yerli mətbuatında da mütəmadi olaraq Rusiyada yaşayan azərbaycanlıların ya öldürülməsi, ya da müxtəlif hücumlara məruz qalması xəbərləri yayılır. Belə xəbərlərə görə, il başlayandan 6 nəfər azərbaycanlı öldürülüb, 50-yə yaxınsa müxtəlif dərəcələri bədən xəsarəti alıb.


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov da belə faktların olduğunu deyir. Dəqiq rəqəmlər isə göstərmir. Onun sözlərinə görə, baş verən hadisələr əsasən məişət zəminində olur:


«Bizim soydaşlarımıza qarşı olan hadisələr çox azdır. Başqa millətlərə baxanda çox az faizdir. Baş verənlər isə məişət zəminində olanlardır. Biz özümüz tez-tez Rusiyanın mərkəzi şəhərlərində də, vilayətlərində də oluruq. Müxtəlif illəri müqayisə etsək, vəziyyət eynidir, ola bilər bir-iki il əvvəl hansısa nisbət 2-3 faiz artıb, hansısa düşüb».


Qayıdaq yenə hesabata. Göstərilir ki, may ayında məhkəmələr irqçiliklə bağlı 5 hökm çıxarıblar. 19 nəfər azadlıqdan məhrum edilib. Bunlardan ən yaddaqalanı 13 nəfərin ölümü və 53-nün yaralanması ilə nəticələnmiş Çerkez bazarındakı partlayışa görə təqsirli bilinən 8 nəfərin məhkəməsidir. Bu işə görə məhkəmə qarşısına çıxarılmış 4 nəfər ömürlük azadlıqdan məhrum edilib, yerdə qalanlarısa 2 ildən 20 ilə qədər cəza alıblar.


2008-ci ilin əvvəlindən bu yana isə Rusiyanın 11 regionunda 12 belə məhkəmə hökmü çıxarılıb. Bu hökmlərdən biri də Rusiya Nasional Sosialist Cəmiyyətinin lideri Dmitri Rumyantsevlə bağlı olub. Ona 2007-də Voronejdəki çıxışına görə şərti cəza verilib. Bu qəbildən mayın 26-da Rusiya Milli Birlik Hərəkatının Kazan şöbəsinin 6 üzvünə qarşı çıxarılmış hökm qeyd olunur. Onların hər biri 4 ildən 7 ilə qədər cəza alıblar. Bunlar arasında ekstremist qruplara üzvlük maddəsi də vardı. Bundan əvvəl bu ittiham yalnız «Hizbu-Təhrir» üzvlərinə qarşı irəli sürülmüşdü.


Aprel ayındasa ən azı irqi zəmində 24 hücum olub, 6 nəfər ölüb, 38 nəfər yaralanıb. Bu rəqəmlərə aprelin 5-də Tver rayonunda baş vermiş kütləvi iğtişaşın qurbanları daxil edilməyib. Aprelin ayında Hitlerin ad günü isə xüsusi gərginlik olub. Həmin gün ölümlə nəticələn bir neçə hadisə baş verib.


XS
SM
MD
LG