Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Müsavat seçkiylə bağlı qərarını yaxın həftələrdə verəcək


Ötən il Müsavat Partiyasının Məclisi prezident seçkisində iştirakla bağlı qərar qəbul edib

Ötən il Müsavat Partiyasının Məclisi prezident seçkisində iştirakla bağlı qərar qəbul edib

«Bu gün Müsavatın Divanında prezident seçkisində iştirak edib-etməmə məsələsinin müzakirəsi davam etdirildi. Qərara alındı ki, bu taleyüklü məsələ olduğundan partiya müzakirələri davam etdirsin».


Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı «Azadlıq» radiosuna belə deyib.


Onun sözlərinə görə, məsələnin müzakirəsinin davam etdirilməsi haqqında razılıq əldə olunub:


«Partiya strukturlarında müzakirələr gedəcək və biz situasiyanı analiz edərək bu barədə yekun qərarı yaxın həftələrdə qəbul edəcəyik».


Ötən il Müsavat Partiyasının Məclisi prezident seçkisində iştirakla bağlı qərar qəbul edib. Partiya başqan İsa Qəmbərin namizədliyini irəli sürüb.


İyun ayının əvvəlində Seçki Məcəlləsinə əlavə və dəyişiklik qəbul edildikdən sonra sözügedən partiyada prezident seçkisinə qatılmaqla bağlı tərəddüd yaranıb. Müsavat hesab edir ki, Məcəlləyə edilən dəyişikliklər demokratik mahiyyətdən uzaqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG