Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

«Həmyerli»lər bu dəfə futboldan danışır


Həmyerlilərimiz ölkə futbolunun dünənindən, bu günündən və sabahından danışırlar

Həmyerlilərimiz ölkə futbolunun dünənindən, bu günündən və sabahından danışırlar

«Azadlıq» radiosunda «Həmyerli»lər bu dəfə futboldan danışacaqlar. Adı Azərbaycan futbolunda iz qoyan, özləri futbol dalıyca Azərbaycancandan uzaq düşən həmyerlilərimiz ölkə futbolunun dünənindən, bu günündən və sabahından danışırlar.


Qonaqlarımız bunlardır:


SSRİ yığması tərkibində Olimpiya Çempionu olan, futbolçu karyerasını İsveçdə bitirən və bir müddət hətta Azərbaycan yığmasına məşqçilik edən İqor Panomaryov.


Neftçi, Spartak Moskva və Spartak Alaniya marşrutuyla gedib Rusiya çempionu olan Nazim Süleymanov.


Azərbaycan, Rusiya, İspaniya və Portuqaliya klublarında oynayaraq öz peşəkarlığı ilə azarkeşlərin rəğbətini qazanan Vəli Qasımov.


Hazırda Odessa şəhərində yaşayan, 1966-cı ilin bürünc «Neftçi»sini çalışdıran, Azərbaycan yığmasının tarixi uğurlarından sayılan Portuqaliya heç-heçəsinin memarı Əhməd Ələsgərov.


Və nəhayət 10 yaşlı Məmməd. O, artıq 4 ildir Çexyada Dukla-Praqa klubunun uşaq komandasındadır. Yarımmüdafiədə oynayır ən çox sevdiyi oyunçu Kriştiana Ronaldodu və indidən gələcəkdə oynayacağı komandasını da seçib. Hansıdır bu klub? Verilişimizi dinləyin.



XS
SM
MD
LG