Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:20

«Ermənistana rahatlıq verməyəcəyik»


«Hələlik danışıqların hansı formada davam edəcəyi məlum deyil»
«Hələlik danışıqların hansı formada davam edəcəyi məlum deyil»

«Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşü yalnız siyasi baxımdan faydalı olub».


Bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov bəyan edib.


Bununla belə, o, deyib ki, görüş zəruri idi. Bakı Yerevanın mövqeyini öyrənərək, qaranlıq qalan məsələləri araşdıra bilib:


«Amma nəticə çıxarmaq tezdir. Qarşı tərəf düşünməsin ki, vaxt keçirməklə və belə görüşlərlə onlar hazırkı vəziyyəti uzadıb siyasi maraqlarını təmin edəcəklər. Biz onlara rahatlıq verməyəcəyik».


Əzimov deyib ki, Azərbaycan hər yerdə Ermənistanın işğalçılığı barədə məlumatlar yayacaq. Onun sözlərinə görə, Bakı Yerevanla alış-veriş etməyəcək. Belə ki, Ermənistan özü əraziləri boşaltmaqla özlərinin dediyi kimi əsl niyyətini, yəni Dağlıq Qarabağdakı ermənilərin insan haqlarını müdafiə etdiyini göstərə bilər:


«Əks halda, sübut olunacaq ki, Ermənistan qəsbkarlıqla məşğuldur».


Sülh imkanlarına toxunan nazir müavini deyib ki, heç bir tərəf istəyini yüz faiz təmin edə bilməz. Nəyisə almaq üçün çeviklik göstərib, kompromisə getmək lazımdır. Əzimov deyir ki, Bakı buna hazırdır:


«Amma hələlik danışıqların hansı formada davam edəcəyi məlum deyil. Bir-iki məsələ qalıb, amma bu, asan deyil, çox vacib məsələlərdir».


Araz Əzimov onu da deyib ki, Ermənistan əraziləri qaytarmaqla Azərbaycanın iqtisadi imkanlarından bəhrələnə bilər.


İyunun 6-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsi ilə bağlı görüşü olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG