Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33

Conatan Henik: «Seçkidən əvvəlki dönəm üçün daha çox mənfi dəyişikliklər var»


«Biz Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə həm müsbət, həm də mənfi cəhətlər görürük. Seçkidən əvvəlki dönəm üçün isə daha çox mənfi dəyişikliklər var. Seçki kampaniyası müddəti qısaldılıb, televiziyada reklam müddəti azaldılıb».


ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Conatan Henik «Azadlıq» radiosuna belə deyib. Henik onu da vurğulayıb ki, Məcəllədə seçkidən sonrakı dönəm üçün müəyyən müsbət dəyişikliklər də var. Bu, əsasən şikayət proseduru ilə bağlıdır.


İyunun 2-də Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Bu əlavə və dəyişikliklər bir sıra beynəlxalq təşkilatların və ölkə müxalifətinin narazılığına səbəb olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG