Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:50

Ukraynada şaxtada uçqun altında qalan 35 şaxtaçıdan ikisini sağ çıxarıblar. Digərlərindən hələ ki, xəbər yoxdur. Axtarış tədbirləri davam edir.


İyunun 8-də səhər Ukraynada Donetsk vilayətində şaxtada qaz partlayıb, partlayış o qədər güclü olub ki, yuxarıda bir neçə evin şüşələri sınıb-tökülüb.


Sənaye təhlükəsizliyinə nəzarət agentliyinin sözçüsü Marina Nikitina deyib ki, partlayış Karl Marks mədənində min metr dərinlikdə baş verib. Ukraynadakı mədənlər köhnə təchizatına və zəif təhlükəsizlik standartlarına görə dünyanın ən təhlükəli mədənlərindən hesab olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG