Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37

Cənubi Qafqazda xüsusi məruzəçi təyin edilsin


Məlumatı hüquq müdafiəçisi Leyla Yunus verib

Məlumatı hüquq müdafiəçisi Leyla Yunus verib

AŞ PA Cənubi Qafqazda xüsusi məruzəçi təyin etməyə çağırılır. Azərbaycan, Ermənistan və Gürcüstanın bir sıra hüquq-müdafiə təşkilatlarının Cənubi Qafqazda siyasi məhbusların işləri üzrə xüsusi məruzəçi təyin edilməsi ilə bağlı birgə müraciətində belə deyilir. Bu haqda «Turan»a Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib.


Onun sözlərinə görə, siyasi məhbusun müəyyən olunması meyarları Avropa Şurası ekspertləri tərəfindən Azərbaycan və Ermənistan üçün hələ 2001-ci ildə hazırlanıb.


Sonradan onlardan yalnız Azərbaycan üçün istifadə olunub. Lakin Ermənistanda və Gürcüstanda son seçkilərdən sonra problem yenidən bütün region üçün aktuallaşıb. Çünki Ermənistanda 138-dən 192-yə qədər, Gürcüstandan isə ən azı 26 siyasi məhbus meydana gəlib.


Azərbaycan Hüquq-Müdafiə Təşkilatları Federasiyasının (AHMTF) məlumatına görə, ölkədə ən azı 55 siyasi məhbus var. Buna görə də müraciət müəllifləri hesab edirlər ki, Cənubi Qafqazda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin edilməsi problemin həllinə kömək edə bilər.


Müraciəti Azərbaycandan Leyla Yunus və Eldar Zeynalov, Ermənistandan Mikael Danielyan və Anahit Bayandur, Gürcüstandan Uça Nanuaşvili və Emil Adelxanov imzalayıblar.


Azərbaycanlı hüquq müdafiəçiləri bir neçə dəfə Avropa Şurası Parlament Asambleyasına xüsusi məruzəçinin təyin edilməsilə bağlı müraciət ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG