Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Dmitri Medvedev Azərbaycana səfər edəcək


Rusiya prezidenti Dmitri Medvedev iyulun 3-4-də Azərbaycana rəsmi səfərə gələcək. Onun Bakıya səfəri ilə bağlı məsələlər Medvedevin Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə iyunun 6-da görüşü zamanı müzakirə olunub.
«Turan»a Kremldəki mənbələrdən verilən məlumata görə, Medvedev qeyd edib ki, iki ölkənin «maraqlı layihələri çoxdur».


Öz növbəsində, İ.Əliyev ikitərəfli əlaqələri partnyorluq münasibətləri kimi səciyyələndirib. Bu zaman o, qeyd edib ki, Azərbaycan və Rusiya «regionda qarşılıqlı fəaliyyət göstərirlər».


Mənbənin məlumatına görə, Medvedev Bakıdan Aşxabada iki günlük səfərə gedəcək.


XS
SM
MD
LG