Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

Ali məktəblərə qəbul imtahanlarının vaxtı elan olundu


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

İyunun 6-da ali məktəblərə qəbul imtahanlarının vaxtı elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin verdiyi məlumata görə, imtahana iyunun 29-da start veriləcək. Həmin gün III qrup üzrə imtahan keçiriləcək.


I-ci qrup üzrə imtahan iyulun 8-də, II qrup üzrə iyulun 14-də, IV qrup üzrə isə iyulun 20-də keçiriləcək.


İmtahana buraxılış vərəqəsi iyunun 20-dən sonra veriləcək.


Bu ilki qəbul imtahanlarında 116 mindən çox abituriyentin iştirak edəcəyi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG