Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:48

Bakıda etiraz aksiyası keçirildi


Mərkəzdən deyirlər ki, problem həll edilməsə, tələbələrin ödəniş haqlarının bir hissəsi geri qaytarılacaq
Mərkəzdən deyirlər ki, problem həll edilməsə, tələbələrin ödəniş haqlarının bir hissəsi geri qaytarılacaq

Bu dəqiqələrdə Təhsil Nazirliyinin fəaliyyətinə icazə vermədiyi «Loğman» Tibb Mərkəzinin tələbələrinin valideynləri piket keçirir. Mərkəzin qabağına toplaşan valideynlər ya övladlarının təhsilə davam etməsini, ya da ödədikləri təhsil haqqının geri qaytarılmasını tələb edirlər. Valideyn Namiq Cəfərov «Azadlıq» radiosuna deyib ki, Tibb Mərkəzinin rəhbərliyi onlara tədrisin davam edəcəyini bildirir.


Amma Təhsil Nazirliyi deyir ki, sözügedən mərkəz Nazirlər Kabinetinin qərarıyla ləğv edilib və Tələbə Qəbul üzrə Dövlət Komissiyası 2007-2008-ci tədris ili üçün ora tələbə qəbulu aparmayıb. Tibb Mərkəzinin rəhbərliyi isə Təhsil Nazirliyi ilə aralarında anlaşılmazlıq yarandığını bildirir. Mərkəzdən deyirlər ki, problem həll edilməsə, tələbələrin ödəniş haqlarının bir hissəsi geri qaytarılacaq.


«Loğman» Tibb Mərkəzində iki minə yaxın tələbə təhsil alır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG