Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

«Yaşıl soyqırım»


«Azadlıq» yazır ki, belə getsə bir azdan Bakıda kəsməyə ağac qalmayacaq

«Azadlıq» yazır ki, belə getsə bir azdan Bakıda kəsməyə ağac qalmayacaq

Son vaxtlar Bakıda ağacların kəsilməsi intensivləşib. Özü də gözdən-qulaqdan uzaq yerlərdə yox, elə paytaxtın mərkəzində, hamının gözü qarşısında yaşıllıqlar məhv edilir. Təbii ki, ağacların elliklə qırılması təsadüfü ola bilməz və prosesin vahid mərkəzdən idarə olunmasına şübhə yeri yoxdur. Bu barədə «Azadlıq» qəzeti yazıb.


«Paytaxtın mərkəzi parkları müəmmalı şəkildə təmir adıyla hasara alınır, oradakı ağacları gecə vaxta «səliqəyə» salınır. Sahil bağı, Nəsimi heykəlinin ətrafı, Filarmoniyadan aşağıdakı park, Zabitlər evinin ətrafındakı park, Sabir bağı və adını çəkdiyimiz onlarla parkdakı ağaclar son günlər «repressiya qurbanı» olublar. Və «qurbanlar»ın sayı getdikcə artmaqdadır.


Qəzet yazır ki, çoxları bu məsələdə tikinti şirkətlərini qınayırlar. Təbii ki, bu amili kənara qoymaq olmaz. Tikinti şirkətləri sözün həqiqi mənasında şəhərin təbii mənzərəsinə qənim kəsiliblər. Obyektivlik naminə demək lazımdır ki, bu məsələdə tikinti şirkətlərinə «yaşıl işıq» yandıran icra strukturlarının adə əksər hallarda yaddan çıxır. Söhbət ağacların qorunmasına görə birbaşa məsuliyyət daşıyan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gedir.


«Azadlıq» yazır ki, belə getsə bir azdan Bakıda kəsməyə ağac qalmayacaq.


«Seçki Məcəlləsinə edilən son dəyişikliklər seçkini saxtalaşdırmağa görülən hazırlıqlardır. Bir də mən qələbə və məğlubiyyət məsələsinə aydınlıq gətirmək istəyirəm. Seçki demokratiyanın özündən önəmlidir. Ola bilər ki, bu seçkilər bizi demokratiyaya aparmasın, amma nə qədər antidemokratik keçirilsə də, seçki prosesinin özü demokratik proseduradır». ADP sədri Sərdar Cəlaloğlu «Ekspress»ə belə deyib.


O, deyir ki, bu seçki kampaniyasında kütləvi aksiyalar keçirməkdənsə, daha çox ev-ev gəzib vətəndaşları seçkidə iştiraka təşviq etmək yaxşıdır: «Kütləvi aksiyalar seçicini öz tərəfinə gətirmək üçün yox, özünü xalqa təqdim etmək üçündür. Onsuz da, ADP mitinq keçirsə eyni adamlar gələcək, YAP da keçirsə, Müsavat da keçirsə, öz adamları gələcək. Seçicini seçkiyə gətirmək üçünsə gərək seçici ilə birbaşa fərdlərlə işlənilməlidir».


«Sankt-Peterburqda birbaşa Dağlıq Qarabağ məsələsi müzakirə olunmayacaq. Hal-hazırda Rusiya «Nabukko» layihəsinin həyata keçirilməsində real işlərin görülməsindən təşvişə düşüb. Çünki bu layihə Rusiyanın qaz monopoliyasına son qoymaqdadır». «Yeni Azərbaycan»a müsahibəsində politoloq Vəfa Quluzadə belə deyib.


O, iddia edir ki, Azərbaycan Sankt-Peterburqda baş tutacaq Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlara güclü mövqe ilə gedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG